İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İmam Əmir əl-Möminin Həzrət Əli ibn Əbi Talib (ə) ziyarətgahının müdiriyyəti elan edib ki, çap dizaynı ekspertlər komissiyası təşkil edilərək bu müqəddəs ziyarətgahının kitabxanasında saxlanılan və İmam Əliyə (ə) mənsub olan əlyazma Quran-Kərim nüsxələrindən biri çap olunacaqdır.
Seyyid İsa Məhəmməd Saleh əl-Xorasani - İmam Əmir əl-Möminin Həzrət Əli ibn Əbi Talib (ə) ziyarətgahının idarə heyətinin şura üzvlərindən biri, bu xəbəri elan edərək dedi: Həzrət Əli ibn Əbi Talib (ə) ziyarətgahının Elmi, Mədəni və Təbliği porqramlarının icrası yönündə İmam Əmir əl-Möminin Həzrət Əli ibn Əbi Talib (ə)-a mənsub qədim əlyazma Quran-Kərim nüsxələrindən birinin çapı məsələsini gündəmə gətirmişik və bu məqsədlə müqəddəs ziyarətgahın idarə heyəti, dini işlər idarəsinin müdiri Höccətul-İslam vəl-müslimin Əsəd əl-Xaqani və xətti nüsxələrin tərmim və təmir olunması idarəsinin məsulu Höccətul-İslam vəl-müslimin Səfa əl-Vüdeysin iştirakı ilə çap dizaynı ekspertlər komissiyası təşkil edilib.
İmam Əmir əl-Möminin Həzrət Əli ibn Əbi Talib (ə) ziyarətgahının idarə heyətinin şura üzvü əlavə etdi: Bu təşkil olunmuş komissiya qərara alıbdır ki, bu nüsxə ilə bağlı geniş tədqiqat işləri aparılsın. Bu məqsədlə də İran, Pakistan və Bağdad universitetinin nüsxəşünas ustadlarının təcrübələrindən istifadə olunacaq. Bu tədqiqatlar aparıldıqdan sonra isə çap barədə qərar veriləcəkdir.
Seyyid İsa əl-Xorasani - İmam Əmir əl-Möminin Həzrət Əli ibn Əbi Talib (ə) ziyarətgahının idarə heyətinin şura üzvü dedi: Bu xətti nüsxədən çox dəqiq və yuxarı keyfiyyətlə fotolar hazırlanıb, onunla bağlı bütün məlumatlar, o cümlədən tarixi, dərisi, yazı üsulu, yazı aləti, dərinin qədimilyi Korbon14 ilə yoxlanılacaqdır.
Hazırda komissiya üzvləri bu qiymətli nüsxə barədə elmi işlər ilə məşğuldurlar ki, bu qiymətli irs ən gözəl şəkildə cameəyə təqdim edilsin.
http://iqna.ir/fa/news/3490081