IQNA

Sabah iranlı qari Malaziya Quran yarışlarında tilavət edəcək

11:14 - May 03, 2016
Xəbər sayı: 3480409
Tehran, 03.05.2016 – Sabah iranlı qari Seyid Mustafa Hüseyni Malaziyanın beynəlxalq Quran yarışlarında tilavət edəcək.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi): Malaziyanın beynəlxalq Quran yarışları qanunlarının izahı və püşkatma mərasimi dünən səhər iştirkaçıların hüzurunda keçirildi. İran İslam Respublikasın Qəzvin şəhərindən bu yarışlara ezam olunmuş Quran qarisi və Küveytin beynəlxalq Quran yarışlarında 3-cü yerin qalibi Seyid Mustafa Hüseyni sabah, həftənin 3-cü günü yarış kürsüsünə oturaraq Filippin, Banqladeş və Əfqanıstanlı qariləri ilə birlikdə Quran tilavət edəcək.

Əbdür-Riza Alimi – İranın Malaziyada Mədəniyyət İşləri İdarəsinin ümumi əlaqələr məsulu, İQNA ilə müsahibəsində bu xəbər elan edərək dedi: Malaziyanın 58-ci beynəlxalq Quran yarışları "vəhdət; milli inkişafın nəbzi" şüarı ilə May ayının 2-də öz işinə başlamışdır.

Qeyd edək ki, Malaziyanın beynəlxalq Quran yarışlarının 58-ci turu 69 ölkənin iştirakı ilə Kualalanpurun dünya ticarət mərkəzinin (PWTC) binasında dünən öz işinə başlamışdır və cari həftənin sonunadək davam edəcəkdir.

Yarışlarda 21 qari tilavət, 22 qari hifz və 26 qari isə azad yarışlar üzrə rəqabətlərdə iştirak edirlər.

Bu yarışlarda İngiltərə, İspaniya, Belçika, Hollandiya, İsveçrə və Avstraliya ölkələri ilk dəfədir ki, iştirak edirlər.

Yarışları Ərəbistan, Qətər, Livan, İordaniya, İndoneziya, Tayland və Malaziyadan olan 16 nəfərlik hakim heyəti idarə edirlər.

Bu yarışların qiraət bölməsində birinci yerinin qalibinə 18 min dollar qiymətində şimş qızıl və 10 min dollar isə nağd pul hədiyyə veriləcəkdir. Hifz üzər birinci yerin qalibinə 5 min dollarlıq şimş qızıl və 5 min dollar nağd pul mükafat veriləcəkdir.

http://iqna.ir/fa/news/3493941


captcha