IQNA

Höccətul- İslam vəl- müslimin Həsən Puya:

İmam Kazim (ə) stress dolu bu dünyada insanlar üçün nümunədir

23:08 - September 23, 2016
Xəbər sayı: 3480824
Tehran, 23.09.2016 – Stress ilə dolu müasir dünyada İmam Kazim (ə) insanlara əsəbləri cilovlamaq, qəzəbini udmaq və bağışlamaq üçün kamil insani bir nümunədir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Höccətul- İslam vəl- müslimin Həsən Puya – İmam Xomeyninin (r.ə) əsələrinin sahmana salınması və nəşri müəssisəinin tədqiqat işləri üzrə rəis müavini, İQNA-nın müxbiri ilə müsahibəsində İmam Musa Kazimin (ə) zəmanəsinə hakim olan siyasi şəraitə işarə edərək dedi:

Təəssüflər olsun ki, Peyğəmbərin (s) Əhl-Beytindən olan məsum imamlarımız hər birisi yaşadığı zaman və məkandan və malik olduqları ictimai mövqedən asılı olmayaraq həmişə həmin vaxtın hakimiyyəti tərəfindən təqib olunurdular və həmişə məhdudiyyətlərlə üz-üzə idilər. Bu arada 7-ci məsum imam və dini rəhbərimiz Həzrət İmam Musa Kazim (ə) sair imamlara nisbət xüsusi bir vəziyyət və şəraitdə yaşayırdılar. Beləki İmam Baqir (ə) və İmam Sadiq (ə) yaşadıqları dövrdə iki zalim qövm, yəni Əməvilər və Abbasilər bir-birləri ilə döyüşdükləri üçün bu iki imam üçün əlverişli şərait yarandı ki, Əhl-Beyt (ə) məktəbini və maarifini genişləndirsinlər və inkişaf elətdirsinlər. Amma bu iki imamdan sonra yenə də şiələrə qarşı təzyiq və təhdidlər çoxaldı, zalim hakimiyyət şiəliyin qarşını almaq fikrinə düşdü və buna görə onların rəhbərinə zaman və məkanı daraltmağa başladılar.

Abbasi dövləti İmam Musa Kazim (ə)-ı müxtəlif bəhanələrlə əziyyət və həbs edirdi. Belə ki, O həzrət (ə) ömrünün üçdən iki hissəsini, 7 ildən 14 ilədək zindalarda keçirdi.

İmam Kazim (ə) isə nə dövlətə və nə də insanlara qarşı qəzəb aşkar etmirdi və çalışırdı ki, hökumət adamları ilə mülayim və yumuşaq rəftar etsin, bəlkə hidayət oldular. O həzrət çox həlim, yumuşaq, dözümlü idi və heç vaxt heç kimə gilayə və şikayət etməzdi. Həmişə qeyz və qəzəbini udar və ona zülm edənləri bağışlamağa çalışardı. Buna görə də o həzrət (ə) insanlar arasında "kazimul-ğeyz", yəni qəzəb və əsəbini udan və kontrol edən, ləqəbi ilə tanınmışdı.

Höccətul- İslam vəl- müslimin Həsən Puya – İmam Xomeyninin (r.ə) əsələrinin sahmana salınması və nəşri müəssisəinin tədqiqat işləri üzrə rəis müavini, müasir və modern dövrdə də qəzəbini udmaq, səbirli və dözümlü olmağın zərurətlərinə işarə edərək dedi:

Quran- Kərimin mübarək ayələrində Allaha inanan, şərafətli, "ibadur-Rəhman"lar və mömin insanlar üçün bir sıra sifətlər və xüsusiyyətlər sadalanmışdır ki, onlardan biri də - وَالْكَاظِمِينَ الْغَيْظَ وَالْعَافِينَ عَنِ النَّاسِ – (Ali-İmran/134) - insanın öz qəzəb, nifrət və əsəbini gizlədə bilməsi, udması və insanların səhvlərini bağışlaya bilməsidir. Biz şiələrin 7-ci imamı da bu gözəl sifətə malik idi və bu ayədə deyilən sifətlə məşhur idi.

Bizim bu günki cəmiyyətimizdə bir sıra maddi problemlərə görə müxtəlif psixi gərginliklər, nigarançılıqlar və stresslər çoxalıb. Adi və sadə gözəl həyat tərzi sürən bir nəfər bir də görürsən ki, xüsusi bir şəraitdə dəyişərək təmiz başqa bir adam olur, ən xəfif bir namülayim rəftar ilə əsəb kasası daşır, çığır-bağır salır, nəfsinin və cisminin kontrolunu itirir.

Halbuki mömin bütün hallarda Allaha təvəkkül etməli, ona sığınmalıdır. Əsəbləşdiyi zaman su içməli, dəstəmaz almalı, namaz qılmalıdır. Və bu göstərişlər İslamın prsixoloji məsələləridir ki, istəyir insanı düşdüyü namülayim haldan çölə çıxartsın. Çünki əsəbi adam düzgün qərar verə bilmir, əsəbi halında elə bir addım atır ki, bir ömür peşimançılığın çəkir. Buna görə də həm Quran- Kərim bizə qəzəbi udmaq barədə göstəriş verib və həm də məsum imamımız Həzrət İmam Musa Kazim (ə) bu ayəyə əməl edərək bu məsələdə bizə ən yaxşı canlı nümunə və örnək olub.

http://iqna.ir/fa/news/3532049


captcha