IQNA

İspaniya qadınlar həndbol komandası Fələstin xalqı ilə həmrəylik nümayiş etdirmək üçün təşəbbüs göstərib

14:42 - October 22, 2025
Xəbər sayı: 3499077
İQNA - İspaniya qadınlar həndbol komandası İsrail rejiminin komandası ilə qarşılaşması zamanı Fələstinlə həmrəyliklərini ifadə etmək üçün yeni bir təşəbbüsdən istifadə edib.

“Əl-Cəzirə”nin məlumatına görə, İspaniya qadınlar həndbol komandası Avropa Həndbol Çempionatının seçmə mərhələsində İsrail rejiminin komandası ilə oyunda Fələstinlə həmrəyliklərini göstərmək məqsədilə yeni bir üsul tətbiq edib. Komandanın oyunçuları ayaqqabılarının üzərinə qarpız nişanı yapışdırıblar ki, bu da Fələstin bayrağının rəmzidir.

Komandanın oyunçularından Paola Akros öz “Instagram” hesabında yazıb: “Meydandan kənarda baş verənləri görməməzlikdən gəlmək mümkün deyil.” O, soyqırıma məruz qalan Fələstin xalqı ilə həmrəyliyini ifadə edərək bildirib ki, Qəzza müharibəsində 68 min insan həlak olub və evləri dağıdılıb.

Avropa Həndbol Federasiyasının məlumatına görə, İspaniya komandası 38:22 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, İsrail rejiminin idman komandaları müxtəlif idman növləri üzrə Avropa yarışlarında iştirak etdikləri zaman geniş etirazlarla üzləşirlər.

İngiltərənin “Aston Villa” Premyer Liqa klubu ötən cümə axşamı bəyan edib ki, 6 noyabrda keçiriləcək Avropa Liqası oyununda “Makkabi Təl-Əviv” azarkeşlərinə stadionda iştirak etməyə icazə verilməyəcək. Polis Fələstin tərəfdarlarının mümkün etiraz aksiyaları ilə bağlı təhlükəsizlik narahatlıqları olduğunu bildirib. Bu qərar İsrail rejimi komandasının Norveç və İtaliya ilə dünya çempionatının seçmə oyunları zamanı baş verən genişmiqyaslı etirazlardan və Osloda, həmçinin İtaliyanın Udine şəhərində Qəzzada törədilən cinayətlərin pislənilməsi məqsədilə keçirilən nümayişlərdən sonra qəbul olunub.

Xatırladaq ki, İspaniyanın baş naziri Pedro Sançes son çıxışlarında Qəzzada (İsrail rejimi tərəfindən) törədilən soyqırımı cinayətlərinin araşdırılmasının vacibliyini vurğulayıb.

Bu mövqelərdən sonra İran İslam Respublikasının İslam Mədəniyyəti və Əlaqələr Təşkilatının rəhbəri Höccətülislam vəl-müslimin Məhəmməd Mehdi İmanipour “X” sosial şəbəkəsində yazıb: “ABŞ və Avropa oyunçuları Qəzza atəşkəsi məsələsində təbliğat manevrləri apararaq sionist rejimin 70 min fələstinliyə qarşı törətdiyi açıq-aşkar soyqırımı cinayətlərini ört-basdır etməyə çalışdıqları bir zamanda, İspaniya baş naziri Pedro Sançesin bu insanlıq və tarixi cinayətin araşdırılmasının zəruriliyi ilə bağlı mövqeyi çox dəyərlidir. Sionistlər və ABŞ bu böyük Qəzza soyqırımı cinayətinin cəzasından qaça bilməyəcəklər.”

4312068

Teqlər: İspaniya
captcha