IQNA

İşğalçı İsrail rejiminin atəşkəsi 80 dəfə pozması nəticəsində 97 fələstinli şəhid olub

10:10 - October 20, 2025
Xəbər sayı: 3499064
İQNA - Qəzza hökumətinin media ofisi bəyan edib ki, İsrail rejimi müharibənin dayandırıldığının elan olunmasından bəri 80 dəfə atəşkəsi pozub və müxtəlif bölgələrə endirdiyi ölümcül hücumlar nəticəsində 97 fələstinli şəhid olub.

“İQNA”-nın “Vəfa” agentliyinə istinadla verdiyi xəbərə görə, Qəzza hökumətinin media ofisi bəyanatında bildirib ki, sionist işğalçılar müharibənin dayandırıldığının elan edilməsindən bu günə qədər 80 dəfə bu razılaşmanı pozublar ki, bu da beynəlxalq insan hüquqları qanunları ilə açıq şəkildə ziddiyyət təşkil edir.

Bu hallar mülki vətəndaşların birbaşa hədəfə alınması, bombardmanlar və bir sıra dinc sakinlərin həbs olunması kimi cinayətləri əhatə edir ki, bu da atəşkəsin elan olunmasına baxmayaraq, işğalçıların təcavüzkar siyasətini davam etdirdiyini göstərir.

Qəzza zolağının bütün bölgələrində qeydə alınan atəşkəs pozuntuları işğalçıların təcavüzü dayandırmaq niyyətində olmadığını və Fələstin xalqına qarşı qətl və terror siyasətini davam etdirdiklərini sübut edir.

Bu düşmənçilik hərəkətləri və atəşkəsin pozulması nəticəsində 97 fələstinli şəhid olub, Qəzza zolağında yaşayan 230-dan çox sakin isə yaralanıb.

4311739

captcha