Tehran, 31.10.2016 – Ötən gün İraqın ən uzaq bölgəsi Bəsrə şəhərindən başlayaraq Kərbəla istiqamətində izdihamlı piyada Ərbəin yürüşləri başlayıb.
Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) maide.az-a istinadla xəbər
verir ki, Bəsrə əhalisi Fav
limanında Rəsul-Bişə bölgəsində toplaşaraq Ərbəin yürüşünə start
veriblər.
Səfər ayı
başlayanadan sonra İraqın hər bir şəhərindən Kərbəla istiqamətdə piyada Ərbəin
yürüşləri başlayır.
Amma xarici
vətəndaşlar isə Ərbəin yürüşünü adətən Nəcəf-Əşrəf şəhərindən başlayırlar.
Nəcəflə Kərbəlanın
ara məsafəsi təqribən 80 kmdir. Nəcəf-Kərbəla yolunda 1452 sütun var ki onların
ara məafəsi 50 metrdir. Zəvvarlar hər 20 sütunu keçməklə bir km qət etmiş
olurlar. Xarici vətəndaşlar üçün Ərbəin yürüşünü başlamaq üçün ən əlverişli
vaxt səfər ayının 16-dır. 3-4 gün ərzində.
İraq təhlükəsizlik
mənbələri ötən ilin Ərbəin mərasimində 17 milyon zəvvarın Kərbəlaya üz
tutduğunu demişdilər. Bu il rəqəmin 20 milyonu keçəcəyi ehtimal edilir.