İQNA – "Şin Bet"in keçmiş rəsmisi etiraf etdi ki, şəhid rəhbər Ayətullah Seyid Əli Xameneinin cənazəsinin dəfn mərasimi İranın gücünü nümayiş etdirir.
“İQNA”-nın “Əl-Məyadin”ə istinadən məlumatına görə, İsrailin daxili təhlükəsizlik təşkilatı "Şin Bet"in keçmiş rəsmisi "Amit Assa" etiraf edib ki, şəhid rəhbər Ayətullah Seyid Əli Xameneinin cənazəsinin dəfn mərasimi İranın gücünü göstərir.
O, İsrailin “i24NEWS” kanalına müsahibəsində deyib: "Bu mərasimdə böyük bir izdiham iştirak edib və bu, İranın gücünü nümayiş etdirir."
"Amit Assa" həmçinin etiraf edib ki, ABŞ prezidenti Donald Tramp həqiqətən kiminlə qarşı-qarşıya olduğunu anlamayıb və Yaxın Şərqdəki son təcrübələrini nəzərə alsaq, səhv bir yolda hərəkət edir.
4362319