“İQNA”-nın məlumatına görə, İmam Hüseynin (ə) və onun vəfalı əshabının nurani Quran yoluna sadiq qalaraq, Tasua və Aşura günlərində Quranın xətm edilməsi mərasimi "Məhde Quran" müəssisəsində təşkil olunub.
Quran cəmiyyətinin köklü və dəyərli ənənələrindən sayılan bu nurani məclis, koronavirus pandemiyasınadək hər il Tasua günü və Aşura gecəsi "Məhde Quran" müəssisəsinin elmi heyətinin üzvü və Quran müəllimi ustad Seyid Mehdi Seyfin evində keçirilirdi. Bu il də sözügedən mərasim son illərdə olduğu kimi, "Məhde Quran" müəssisəsinin əməkdaşlığı ilə bu qurumun kitabxanasında təşkil edilib.
Bu gözəl ənənə Quran xadimi və qabaqcıl müəllimlərdən biri olan mərhum Seyid Məhəmməd Həsən Seyfin yadigarından miras qalıb. Bu ənənəyə əsasən, bir qrup Quran müəllimi, qari, hafiz və Quransevərlər gecə-gündüz fasiləsiz olaraq ayələri tilavət edirlər. Beləliklə, bir sutka ərzində Qurani-Kərim tamamilə xətm olunur və onun savabı İmam Hüseynə (ə), Kərbəla şəhidlərinə və onların vəfalı yaranına hədiyyə edilir.
Bu mənəvi ayin Aşura mədəniyyətinin Quran maarifi ilə dərin bağlılığının təzahürüdür; elə bir bağlılıq ki, burada Əhli-beytə (ə) olan sevgi ilə İlahi kəlama olan ünsiyyət və tədəbbür bir-birinə qarışaraq, şəhidlər sərvərinə (ə) qarşı mənəviyyat, ixlas və sadiqliklə dolu bir ab-hava yaradır.
4360291