“İQNA”-nın "Sama" agentliyinə istinadən verdiyi məlumata görə, Fələstin mənbələri şəhid İsmayıl Həniyyənin qardaşıoğlu Valid Məcdi Həniyyənin şəhadətini təsdiqləyiblər.
Bu məlumata əsasən, o, cümə axşamı günü Qəzzə şəhərinin qərbində yerləşən "Ən-Nəsr" məhəlləsindəki İtaliya kompleksinin ətrafına edilən hücum zamanı aldığı yaralar səbəbindən şəhid olub.
Bununla bağlı olaraq, Qəssam Briqadaları yaydığı mesajda "Əl-Libi" ləqəbi ilə tanınan və bu qruplaşmanın elit komandirlərindən biri hesab edilən Valid Həniyyənin sui-qəsd əməliyyatı zamanı şəhid olduğunu elan edib.
Qeyd edək ki, bundan əvvəl də şəhid İsmayıl Həniyyənin ailəsinin digər bir neçə üzvü Qəzzə zolağına edilən təcavüzlər zamanı şəhid olmuşdular.
4360473