IQNA

Ərdoğan: Sionizm ideologiyası soyqırım və işğalçılığa əsaslanır

12:06 - June 28, 2026
Xəbər sayı: 3500630
İQNA – Türkiyə Prezidenti bildirib ki, sionizm ideologiyası yalnız onun şəxsini və ya Ədalət və İnkişaf Partiyasını (AK Parti) deyil, Türkiyədəki hər kəsi hədəf alan soyqırım, işğalçılıq və ekspansiyaya (genişlənməyə) əsaslanır.

"İQNA" xəbər agentliyinin "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: "Sionistlər hamımızı hədəf alıblar və biz ölkəmizin varlığını qorumaq üçün onlarla mübarizə aparırıq".

Ərdoğan, şənbə günü Türkiyənin şimal-qərbindəki Sakarya əyalətində Ədalət və İnkişaf Partiyasının toplantısında çıxışı zamanı bildirib: "Sionizm ideologiyası soyqırım, işğalçılıq və ekspansiyaya əsaslanır; bu ideologiya təkcə məni və ya Ədalət və İnkişaf Partiyasını deyil, Türkiyədəki hər kəsi hədəf alır".

O, əlavə edib: "Biz sionizmlə mübarizə apararkən bunu özümüzə və ya şəxsi maraqlarımıza görə etmirik; bu mübarizənin məqsədi ölkəmizin və bütün millətimizin gələcəyini qorumaqdır".

4360658

captcha