IQNA

19:57 - November 22, 2016
Xəbər sayı: 3481029
Tehran, 22.11.2016- Şeyx Əbdül-Mehdi Kərbəlayi ƏRBƏİN zəvvarlarının yolunda Quran dayanacaqlarının qurulmasını tərifəlayiq bir addım hesab etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) QAF Quran xəbər agentliyinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Şeyx Əbdül-Mehdi Kərbəlayi – şiələrin təqlid mərcəsi Həzərt Ayətullah Üzma Seyid Əli Sistaninin Kərbəla şəhərində səlahiyətli nümayəndəsi, İmam Hüseynin (ə) ƏRBƏİN zəvvarlarının yolunda "Quran dayanacaqları" layihəsini və bu münasibətlə xeymələrin qurulmasını tərifəlayiq bir addım hesab etdi.

Şeyx Əbdül-Mehdi Kərbəlayi - Müqəddəs Kərbəla ziyarətgahlarının idarəçilik rəisi, bu barədə dedi: İraqın Ali Quran Şurasının İmam Hüseynin (ə) ƏRBƏİN zəvvarlarının yolunda "Quran-Kərim dayanacaqları" yaradaraq insanları Quranla bağlı məlumatlarla maarifləndirməsi bu günlərdə icra edilən ən mühüm və qiymətli işlərdən biridir və tərifə layiq bir əməldir.

O dedi: Quran xidmətləri göstərən Quran dayanacaqları həqiqətdə zəvvarlar üçün hazırlanmış mənəvi qida və zəvvarların yürüş istiqamətlərində görülmüş ən mühüm və dəyərli iş idi.

Şeyx Əbdül-Mehdi Kərbəlayi – şiələrin təqlid mərcəsi Həzərt Ayətullah Üzma Seyid Əli Sistaninin Kərbəla şəhərində səlahiyətli nümayəndəsi və Müqəddəs Kərbəla ziyarətgahlarının idarəçilik rəisi, İraqın müqəddəs ziyarətgahlarının idarəçilik məsullarına zəvvarlara dayanmadan ximət göstərdikləri üçün təşəkkür etdi.

Qeyd edək ki, ƏRBƏİN ziyarəti zamanı zəvvarların yollarında 200-dən çox Quran dayanacağı qurulmuşdu ki, bu dayanacaqlarda kişi və qadınlara Quran maarifi, Quran-Kərimin düzgün oxunuş qaydaları, şəri hökmlər, namazın düzgün oxunuşu, Quran-Kərimin təcvidlə oxunuşu öyrədilirdi.

http://iqna.ir/fa/news/3547930


Ad:
E-poçt:
* Comment:
* captcha: