IQNA

İŞİD liderlərindən terrorçulara əmr: Qaçın!

12:55 - December 06, 2016
Xəbər sayı: 3481096
Terrorçuların liderləri ard-arda uğradıqları məğlubiyyətlərin sonunda tərəfdarlarına əmr verib.


İŞİD liderlərindən terrorçulara əmr: Qaçın!

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, İraqın Neynəva əyalətindəki yerli mənbələrdən bildiriblər ki, Əbu Bəkr əl-Bağdadi də daxil olmaqla, İŞİD terror təşkilatının başçıları Mosul şəhərindən qaçaraq Suriya sərhədini keçiblər.

İŞİD terror təşkilatının İraqda ard-arda uğradığı məğlubiyyətlərdən və ətraflarındakı mühasirə həlqəsi daraldıqdan sonra, terrorçuların liderləri Mosuldan qaçmaq haqda əmr veriblər. Terrorçuların əsas lideri Əbu Bəkr əl-Bağdadi öz ətrafı ilə birlikdə Suriya sərhədində yerləşən əl-Baacda gizlənib.

Mosul şəhərinin azad edilməsi əməliyyatının komandanı Nəcm əl-Cəburi terrorçuların cərgələrindəki acınacaqlı vəziyyətə və onların müharibəni davam etdirmək qüdrətində olmamalarına işarə edərək, bildirib ki, Mosul şəhəri ilin sonunadək terrorçulardan azad ediləcək.

Xatırladaq ki, Mosul şəhərinin azad edilməsi əməliyyatı oktyabr ayının 17-dən bəri davam etməkdədir.

captcha