IQNA

İranlı incəsənət ustası qızılı zərlə toxuduğu Quranı İmam Əli (ə) hərəminə hədiyyə etdi

8:40 - April 12, 2017
Xəbər sayı: 3481527
İranlı incəsənət ustası Seyid Əli Əsğər Musəvi qızıl suyuna salınmış zərlə toxuduğu Quran- Kərim nüsxəsini İmam Əlinin (ə) mövludu münasibətilə O Həzrətin (ə) hərəminə hədiyyə etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, iranlı incəsənət ustası Seyid Əli Əsğər Musəvi qızıl suyuna salınmış zərlə toxuduğu Quran- Kərim nüsxəsini İmam Əlinin (ə) mübarək mövludu münasibətilə O Həzrətin (ə) hərəminə hədiyyə etdi.

Əmirəlmöminin İmam Əlinin (ə) müqəddəs hərəminin rəsmi xəbər və informsiya portalının (imamali.net) paylaşdığı xəbərə əsasən, müvəhhidlərin mövlası, müttəqilərin ağası və möminlərin əmiri Həzrət İmam Əli ibn Əbi Talibin (ə) mübarək mövldudu münasibətilə İraqın Nəcəf şəhərində O həzrətin (ə) müqəddəs hərəminin Həzrət Zəhra (s) səhnində bayram mərasimi keçirilib.

Bu bayram mərasimində İraqın müqəddəs ziyarətgahlarının məsulları və nümayəndələri, Şiə təqlid mərcələrinin dəftərxanalarının məsulları və nümayəndələri, Nəcəf-Əşrəf Elmi Dini Hövzəsinin ustad və tələbələri və İraqın dövlət idarə və müəssisələrinin məsulları iştirak ediblər.

Mərasim Quran- Kərimin qiraəti ilə başlayıb, mövludnamələr və dini nəğmələr oxunub və Əmirəlmöminin İmam Əlinin (ə) müqəddəs hərəminin idarə heyətinin rəisi Seyid Nəzar Haşim Həblulmətin mövlud münasibəti ilə İmam Əlinin (ə) şəxsiyyəti barədə danışıb.

Bu mərasimdə iranlı incəsənət, hüsnxətt və xəttatlıq ustası Seyid Əli Əsğər Musəvi qızıl suyuna salınmış zərlə toxuduğu Quran- Kərim nüsxəsini İmam Əlinin (ə) mübarək mövludu münasibətilə O Həzrətin (ə) hərəminə hədiyyə edib ki, bu Quran nüsxəsi İmam Əlinin (ə) hərəminin muzeyində sərgiyə qoyulacaqdır.

İranın Əlborz vilayətindən olan hüsnxətt və xəttatlıq ustası Seyid Əli Əsğər Musəvinin qızılı zərlə toxuduğu Quranın vərəqləri bürünc və qızıldandır ki, xəttatlıq terminologiyasında belə yazılışa "MÜTƏLLA" deyilir və öz növündə misilsiz bir Quran nüsxəsidir.

Seyid Əli Əsğər Musəvinin sayca ikinci olan bu incəsənət əsəri 54 vərəqdə, 20 x 30 sm. ölçüdə və nəsx xətti ilə yazılmışdır. Vərəqlər isə bürünc lülələr ilə bir birinə birləşmişdir. Çəkisi isə 30 kq.dır. Açılarkən isə uzunluğu 8 metr edir və istənilən şəkildə bir yerə toplamaq və düzənləmək olur.

http://iqna.ir/fa/news/3588814











 









captcha