IQNA

13:26 - May 13, 2017
Xəbər sayı: 3481650
Nəcəf- Əşrəf şəhərində Quran və Hədis Elmləri üzrə ixtisaslaşdırılmış institutunun açılış mərasimi Quran fəalları və İraq dini mərcələrinin nümayəndələrinin iştirakı ilə keçirilib.

İQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Nəcəf- Əşrəf şəhərində Quran və Hədis Elmləri üzrə ixtisaslaşdırılmış institutunun açılış mərasimi Quran fəalları və İraq dini mərcələrinin nümayəndələrinin iştirakı ilə keçirilib.

Quran və Hədis Elmləri üzrə ixtisaslaşdırılmış bu institut Kərbəlada İmam Hüseynin (ə) müqəddəs hərəminin nəzdində fəaliyyət göstərən Darul- Quran mərkəzənin təşəbbüsü və hövzə və universitetin birgə Quran fəaliyyətlərinin gücləndirilməsi və genişləndirilməsi hədəfi ilə təsis edilib.

Nəcəf- Əşrəf şəhərinin Quran və Hədis Elmləri üzrə ixtisaslaşdırılmış institutunun açılış mərasimi Quran- Kərim tilavəti ilə başlayıb, davamında isə institutun rəhbəri Höccətul- İslam vəl- müslimin Əli Şüvəyli bu yeni təsis edilmiş elm ocağının iş proqramı və tədris metodları barədə danışıb.

Mərasimdə çıxış edən Höccətul- İslam vəl- müslimin Həsən əl-Mənsuri (Kərbəlada İmam Hüseynin (ə) müqəddəs hərəminin nəzdində fəaliyyət göstərən Darul- Quran mərkəzənin müdiri) hövzə və universitetlərin həmkarlığı və təhsil əlaqələrinin əhəmiyyətindən danışdı və məzunlara rəsmi diplomların veriləcəyi barədə xəbər verdi.

Qeyd edək ki, bu yeni yaranmış Quran və Hədis Elmləri üzrə ixtisaslaşdırılmış institutun hazırda müxtəlif müsəlman ölkələrindən olan 27 nəfər tələbəsi vardır. Bu mərkəzdə təhsil müddəti iki il müddətində olacaqdır. Mərkəzin əsas hədəfi Elmi Dini Hövzə tələbələri arasında Quran və Hədis elmləri üzrə bacarıqlı araşdırmaçılar yetişdirməkdir.

Ad:
E-poçt:
* Comment:
* captcha: