IQNA

Ayətullah Üzma Cavadi Amuli:

Qəflət səbəb olur ki, şeytan qəlb kəbəsinə təvaf etsin

14:07 - November 06, 2017
Xəbər sayı: 3482349
Şiələrin böyük təqlid mərcəsi, fəqih, arif, həkim, filosof, mütəkəllim və "Təsnim təfsiri"nin müəllifi Ayətullah Üzma Cavadi Amuli təfsir dərsində Allahın zati və feli elmi barədə mühazirə edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, şiələrin böyük təqlid mərcəsi, fəqih, arif, həkim, filosof, mütəkəllim, bir çox dəyərli dini kitabların və "Təsnim təfsiri"nin müəllifi Ayətullah Üzma Abdullah Cavadi Amuli təfsir dərsində Allahın zati elmi və feli elmi məfhumları barədə mühazirə edərək açıqlama verib.

Ayətullah Üzma Abdullah Cavadi Amuli keçən həftənin bazar günü, 5 Noyabr 2017-ci il, Ə`əzm məscidində Qum Ali Elmi Dini Hövzəsinin mətndən kənar elmi mühazirələrinin Quran təfsiri dərsində dedi: Mübarək "Fatir" surəsində kafir və mömini iki çaya bənzədir ki, birinin suyu duzlu (şor su) və digəri şirin və içməlidir.

O vurğuladı: Dünyanın yaranması və insan beyninin və zəkasının xəlq edilməsi üçün lazım olan ilkin maddələri Allah yaratmışdır və insan bunun istehlakçı və istifadəçisidir. Əgər Allah- Taala insana verdiyi qüdrətlərdən birini bir anlığa insandan alarsa, insan həlak olar.

Şiələrin böyük təqlid mərcəsi, fəqih, arif, həkim, filosof, mütəkəllim və "Təsnim təfsiri"nin müəllifi mədəni, iqtisadi, siyasi və hərbi cihadın Qurana uyğunlaşdırılaraq təkmilləşdirilməsinin zəruriliyinə işarə edərək dedi: İnsan Allaha şükür etməlidir ki, onun əli ilə xeyirli işlər görülür. Əgər insan təhrif edilmiş yolda və azğınlıq istiqamətində hərəkət edərsə, insanın əməyi nəticəsində çox pis işlər meydana gəlcəkdir.

O, dərsin davamında nəfsin paklaşdırılması barədə söhbət edərək açıqladı: Şeytanın kiminsə ruhuna və daxilinə nüfuz edərsə, insanın qəlbinin kəbəsi ətrafına təvaf edəcədkir. Buna görə də o kəslər ki, ürəkləri şeytanın ixityarındadır, qəflətdədirlər, həmçinin qəflət səbəb olur ki, şeytan qəlb kəbəsinə təvaf etsin. Şeytana ürəyə girərsə, orda balalayır. Həmişə cücəsini çoxaldır və həmişə hərəkətdədir. Buna görə də hətta namaz halında da insanın psixi sakitçiliyi və mənəvi durumu aşağı vəsiyyəyə düşür.

"Təsnim təfsiri"nin müəllifi ürəyi şeytana yuva edən şeylərdən birinin də lazımsız sözlər danışmaq olduğuna işarə edərək dedi: Dərdə dəyməyən sözləri danışmaq təkcə ürəyin ağ səhnəsini qaraldır. Ürək qaraldığı zaman isə şeytana yer açılır. Şeytan yuva salan kimi isə insanın bütün bədən üzvlərinə hökm edir, qulaq, göz və dil ona tabe olurlar.

Ustad əlavə etdi: Allah- Taala dənizi yaradın və gəmi üçün onu ram etmişdir. Gəmiyə də dəniz sularını yararaq irəliləmək gücü vermişdir. Və insana da ağıl vermişdir ki, gəmini idarə etsin.

"Təsnim təfsiri"nin müəllifi "Ər-Rəhman" surəsinin 26-cı ayəsinə كُلُّ مَنْ عَلَيْهَا فَانٍ işarə edərək dedi: Yer üzərində olan hər kəs fanidir. Ayədə işlədilən "mən" kəliməsindən bilinir ki, yer üzündəki hər şey "ağıllı" və "canlı"dır. Ayə deyir ki, hər şey zatən fanidir. Allahın qüdrəti bərəkəti ilə diridirlər.

Ustad dərsin sonunda Allah zati və feli elminə işarə edərək dedi: Allah- Taala bəşəri imtahan edir ki, hamıya kimin nəyə qadir olduğu və kimin daha yaxşı çalışdığı məlum olsun. Allahın bu məsələlərə elmi olması, "feli" elmdir, zatdan xaric, hadis və dəyişkəndir.

Ayətullah Üzma Abdullah Cavadi Amuli vurğuladı: Allahın sifətlərinin bəzisi zatidir və bəziləri feli. "Zül-Cəlal" olması zatidir, cihad və bəla ayələrində göstərilən elmi sifətləri isə feli sifətdir. Buna görə də məsum imamlar da kamil insan barədə onun "vəchullah" olduğunu deyirlər.

http://iqna.ir/fa/news/3660235


Teqlər: iqna ، quran ، təfsir
captcha