“İQNA”-nın "Şəhab News"a istinadla verdiyi məlumata görə, bu kampaniya İordan çayının qərb sahilində qətllərin, həbslərin və məskunlaşma fəaliyyətlərinin artması fonunda təşkil edilib.
Kampaniyanın təşkilatçıları Xəlil şəhərində 7 aylıq fələstinli körpə Sam Fəhd Əbu Heykəlin şəhadətinə işarə edərək, bu cinayətin fələstinlilərin İordan çayının qərb sahilində üzləşdikləri zorakılıq prosesinin artmasının göstəricisi olduğunu vurğulayıblar.
Bundan əvvəl Fələstin Səhiyyə Nazirliyi bildirmişdi ki, 7 aylıq fələstinli körpə Sam Fəhd Əbu Heykəl ötən cümə günü İordan çayının qərb sahilindəki Xəlil şəhərinin cənubunda yerləşən "Tel Rümeydə" bölgəsində İsrail hərbçilərinin atəşi nəticəsində şəhid olub.
Digər tərəfdən, yerli mənbələr bu gün çərşənbə günü səhər saatlarında sionist rejim hərbçilərinin İordan çayının qərb sahilindəki bir neçə şəhər və kəndə hücum etdiyini bildirib.
Hesabata görə, işğalçı qüvvələr İordan çayının qərb sahilinin şimalındakı Tubas şəhərinə, Qəlqiliyyənin şərqindəki Əzzun qəsəbəsinə, Cəninin cənubundakı Ərrabə qəsəbəsinə və Nablusdan qərbdə yerləşən Qosin qəsəbəsinə basqın ediblər.
Yerli mənbələr həmçinin sionist hərbçilərin Tulkərimin qərbindəki Kəfr Cəmal kəndinə, Cəninin cənubundakı Bir əl-Başa kəndinə və Ramallahın şərqindəki Deyr Cərir kəndinə hücum etdiyini xəbər veriblər.
Bu basqınlar zamanı işğalçı qüvvələr fələstinlilərin bir sıra evlərini yoxlayıb, Ərrabə qəsəbəsində isə geniş miqyaslı axtarış və həbs əməliyyatları keçiriblər.
4357420