IQNA

ƏRBƏİN xəbərləri ABŞ tv kanallarını da fəth etdi + Video

11:17 - November 09, 2017
Xəbər sayı: 3482361
ABŞ-ın "Amerika Beynəlxalq Xəbərlər Televiziya Kanalı" Los-Ancelesin "Əz-Zəhra (s)" məscidində ƏRBƏİN mərasimi ilə bağlı yürüş keçiriləcəyini xəbər verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) sosial şəbəkələrə istinadla verdiyi xəbərə görə, ABŞ-ın "Amerika Beynəlxalq Xəbərlər Televiziya Kanalı" (International News Network) Los-Ancelesin "Əz-Zəhra (s)" məscidində ƏRBƏİN mərasimi ilə bağlı yürüş keçiriləcəyini xəbər verib.

ABŞ-ın "International News Network" tv. kanalının yayımladığı xəbərlərin ƏRBƏİN mərasimi ilə bağlı hissəsi sosial şəbəkələrdə geniş şəkildə paylaşılıb.

"International News Network" tv. kanalının mücrisi bu videoada ƏRBƏİN yürüşü barədə xəbər verərək deyir: "ƏRBƏİN mərasimi ilə bağlı piyada yürüş cari həftənin Cümə günü, 10 Noyabr 2017-ci il, yerli vaxtla saat 12:00-da Los-Ancelesin "əz-Zəhra (s)" məscidindən başlayacaqdır.

O əlavə edir: "əz-Zəhra (s)" məscidindən başlayan ƏRBƏİN piyada yürüşündə iştirak edənlər özləri ilə İmam Hüseyn (ə), sülh və terrorizmlə mübarizə mövzusundə plakardlar götürəcəklər.

Bu kanalın verdiyi məlumata görə, İmam Hüseynin (ə) ƏRBƏİN mərasimində qonaqlara yemək ehsanı veriləcək və göydən helekopterlərdən gül şaxələri yağacaq. / http://iqna.ir/fa/news/3661450 /

ABŞ-ın "International News Network" tv. kanalının yayımladığı videonu aşağıdakı linkdə görə bilərsiniz:

http://iqna.ir/files/fa/news/1396/8/17/691555_307.flv



Teqlər: iqna ، abş ، Ərbəin
captcha