İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “İİR-nın kitab araşdırmaları mərkəzi”nin teleqram kanalına istinadla verdiyi xəbərə görə, Türkiyənin İstambul şəhərinin “topqapı” muzeyində İranın Kufi xətti ilə yazılmış Qurani-Kərim nüsxəsi saxlanılır ki, bu nüsxədə ayələrin altında farsca tərcümə və təfsir verilmişdir.
Kufi xətti ilə yazılmış və İrana aid olan bu nüsxə nəfis və nadir Quran nüsxələrindəndir ki, dünyanın ən qədim tərcüməli əlyazma nüsxəsi də hesab edilir.
Yazılma tarixi məlum olan Fars dilinə aid qədim əsərlər arasında isə bu nüsxə dördüncü qədim əlyazma hesab olunur.
Bu nadir Quran nüsxəsi Əbu Nəsrin təfsiri adlanır və İstambulun “topqapı muzeyi”ndə 209-cu nömrə ilə qorunur.
Bu nüsxədə barədə daha ətraflı məlumat əldə etmək üçün Seyid Məhəmməd İmadi Hairinin “ən qədim tərcümə Quran” məqaləsini oxuya bilərsiniz. Bu məqalə İranın “Ayineyi Miras” (irs güzgüsü) juranlının 19-cu sayında çap və nəşr edilmişdir.
Qeyd edək ki, İran İslam Respublikasının “kitab araşdırmaları mərkəzi” hicri-şəmsi tarixi ilə 1393-cü ildə (2014) qədim kitab irsi barədə məlumatları toplamaq hədəfi ilə təsis edilmişdir. Bu mərkəzin hazırda bazasında 10 mindən çox kitab, jurnal, məqalə, rəsmi sənədlər və müdafiə işləri barədə məlumatlar toplanmışdır.
http://iqna.ir/fa/news/3697367