IQNA

Dəməşqdə Quran yarışları keçirildi

13:03 - May 30, 2018
Xəbər sayı: 3483242
İranın İslami əlaqələr və mədəniyyət təşkilatının verdiyi xəbərə görə, bu yarışlar Suriyanın Vəfqlər Nazirliyi və İİR-nın Suriyadakı Mədəniyyət İşləri İdarəsinin həmkarlığı ilə təşkil edilib.

Dəməşqdə Quran yarışları keçirildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Suriyanın paytaxtı Dəməşq şəhərinin Yəlbəğa məscidində Qurani-Kərimin hifzi və təcvidlə qiraəti üzrə yarışlar keçirilib.

İran İslam Respublikasının İslami əlaqələr və mədəniyyət təşkilatının bu barədə yayımladığı xəbərə görə, bu yarışlarda Suriyanın Vəfqlər Nazirliyi və İİR-nın Suriyadakı Mədəniyyət İşləri İdarəsinin həmkarlığı ilə təşkil edilib.

Suriyanın Qurani-Kərimin hifzi və təcvid ilə tilavəti yarışları artıq ikinci ildir ki, İİR-nın Suriyadakı Mədəniyyət İşləri İdarəsinin həmkarlığı ilə keçirilir.

Yarışların yekun mərasimində iştirak edən qonaqlar: İran İslam Respublikasının Suriyadakı Mədəniyyət Əlaqələri İdarəsinin məsulu Əbulfəzl Salehiniya, Suriyanın Qurani-Kərimin hifzi müəssisəsinin (müahidil-əsəd li-təhfizil-Quran) rəisi, Suriyanın Vəqflər nazirinin Quran işləri üzrə müşaviri Rəfət Əli Dib və Quranın tilavət və təcvidi hakimləri komitəsinin rəisi, çıxış edərək Quran elmləri və qiraət fənlərinin yayılması və genişləndirilməsi yönündə əlaqələrin zərurətindən danışıblar.

Mərasimin sonunda yarışın qaliblərinə xatirə hədiyyələri və mükafatlar verilib.  

http://iqna.ir/fa/news/3718983

برگزاری مسابقات قرآن با همکاری ایران در دمشق+عکس

captcha