İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərənin paytaxtı London şəhərinin İslam Mərkəzində İmam Əlinin (ə) İlahi imamət və vilayət məqamına təyin edilməsinin ildönümü münasibəti ilə Qədir-Xum bayramı keçiriləcəkdir.
Qədir-Xum bayramı Zil-Hiccə ayının 18-də, həftənin Cüməaxşamı günü, Avqust ayının 30-da, yerli vaxtla saat 18:00-da başlayacaqdır.
Mərasimdə İslam Mərkəzinin rəisi Höccətul-İslam vəl-müslimin Məhəmmədəli Şimali çıxış edəcək və daha sonra şerlər, mövludnamələr və mədhiyyələr oxunacaqdır.
Qeyd edək ki, Londonun İslam Mərkəzi 1998-ci ildə təsis edilmişdir və İngiltərədə dini mərasimlərin keçirilməsi, İslam maarifinin təbliğ edilməsi sahəsində fəaliyyət göstərir və həm də müsəlmanların ibadi ayinlərin icrası üçün toplaşdığı bir məkandır.