IQNA

6:49 - September 01, 2018
Xəbər sayı: 3483769
İraqın baş naziri Heydər İbadi bu ölkənin "Xalq Könüllüləri Hərəkatı"nın rəisi və İraqın Milli Təhlükəsizlik Şurasının müşaviri Falih Fəyyazı tutduğu vəzifədən azad edib.

Xalq könüllüləri hərəkatının rəisi vəzifəsindən azad edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın baş naziri Heydər İbadi bu ölkənin "Xalq Könüllüləri Hərəkatı"nın rəisi və İraqın Milli Təhlükəsizlik Şurasının müşaviri Falih Fəyyazı tutduğu vəzifədən azad edib.  

İraqın "FƏTH" koalisiyası bəyaniyyə yayaraq İraqın baş naziri Heydər İbadinin bu addımının təhlükəli, şəxsi qərar, şəxsi maraqlar üçün olduğunu və qeyri-qanuni hesab edib.

Bəyaniyyədə deyilir ki, siyasi karyerasının sonunu yaşayan Heydər İbadi bu addımı ilə "həşdiş-şəəb"ini, dövlət və təhlükəsizlik qrumlarını siyasi oyunlara və şəxsi "hesablaşma"lara alət edib.

"FƏTH" koalisiyasının bəyaniyyəsində vurğulanır: NƏSR koalsiyasının rəisi Heydər İbadinin təhlükəsizlik xidmətinin ali rütbəlisini şəxsi hesablaşmaya görə vəzifədən azad etməsi qəbulolunmazdır.

Qeyd edək ki, Heydər İbadi cari həftənin Cüməaxşamı günü "Xalq Könüllüləri Hərəkatı"nın rəisi və İraqın Milli Təhlükəsizlik Şurasının müşaviri Falih Fəyyazı onun yenidən baş nazir vəzifəsinə təyin edilməsinə etiraz etdiyi üçün vəzifəsindən azad edib.

Heydər İbadi bu addımını Faleh Fəyyazının siyasi məsələlərə müdaxilə etməsi və bunun qanuna zidd olması ilə əlaqələndirib. Çünki İraqın dövlət qanunlarına əsasən dövlət təhlükəsizlik xidmətlərində çalışanlar heç bir siyasi fəaliyyətə qoşula bilməzlər.  

http://iqna.ir/fa/news/3742792

Ad:
E-poçt:
* Comment:
* captcha: