IQNA

1:19 - November 26, 2018
Xəbər sayı: 3484240
Fələstinin İslami Müqavimət Hərəkətının siyasi ofisinin rəisi İsmayıl Həniyyə deyib: İslam ümməti özünün bütün imkanlarından istifadə edərək bu koalisiyanı yaratmalı və Əqsa məscidini qorumalıdır.

Məscidul-Əqsanı qorumaq üçün strateji ittifaq yaradılmalıdırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının paytaxtı Tehranda keçirilən 32-ci beynəlxalq İslami vəhdət konfransına videokonfrans vasitəsi ilə qoşulan HƏMAS lideri vurğulayıb: Qüdsü və Əqsa məscidinin qorunması və dəstəklənməsi üçün beynəlxalq və güclü strateji ittifaq yaradılmalıdır. Tehranın vəhdət konfransı İsrailin Qüds əleyhinə hiylələrini boğmaq üçün çox əhəmiyyətli bir vasitədir.

Fələstinin İslami Müqavimət Hərəkətının siyasi ofisinin rəisi İsmayıl Həniyyə deyib: İslam ümməti özünün bütün imkanlarından istifadə edərək bu koalisiyanı yaratmalı və Əqsa məscidini qorumalıdır.

O əlavə edib: İslam ümmətinin dünyanın şərqi və qərbindən olan başbilənlərinin Qüds mövzusu ilə toplaşdığı bu konfrnas zəlalət və azğınlığa saçan bir nurdur.

HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmail Həniyyə Tehranda keçirilən “beynəlxalq islami vəhdət” konfransında çıxışı zamanı “İslami vəhdət konfransı elə bir yerdə keçirilir ki, ora daima fələstinliləri, Qüdsü, müqaviməti dəstəkləyib. Bu konfrans Tehranda keçirilir. Həmin rəsmi Tehran ki ümmətin məsələləri üzərində dayanır. Xüsusilə də Fələstin və Qüds məsələsi. Onlar Fələstin torpaqlarında fələstinlilərin müqavimətini gücləndirirlər. Onlar ABŞ-ın bölgədə bir çox dövlətlərə tətbiq etdiyi qırmızı xətləri Fələstinə görə keçiblər.”- deyə vurğulayıb.

O deyib: Tehranın vəhdət konfransı müsəlmanların birləşməsi üçün bir bəşarətdir. Bu vəhdəti bütün problemlərə baxmayaraq Fələstinin müqavimətinin İsrail üzərində qələbəsi üçün ümidverici hesab edirəm.

HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmail Həniyyə sözlərinin davamında deyib: Fələstin bütün peyğəmbərlərin torpağıdır. Amma bu gün bu torpağın hörməti və bu diyarda olan müqəddəs məkanların ehtiramı gözlənilmir və bu barədəki beynəlxalq qanunlara məhəl qoyulmur.

O vurğulayıb: Həzrət Peyğəmərin (s) mövlud bayramında biz onun süünəsindən ilham almalı və müqəddəs torpaqları işğalçıların murdar vücudundan təmizləmək üçün ayağa qalxmalıyıq. Müsəlman ölkələrinin başbilənləri İsrailin İslam və Ərəb ölkələri ilə əlaqələrini adiləşriməsinin qarşısını almalıdırlar.

http://iqna.ir/fa/news/3766610  

Ad:
E-poçt:
* Comment:
* captcha: