IQNA

Mina partlaması 12 azyaşlı uşağın canını aldı

6:39 - September 22, 2019
Xəbər sayı: 3485855
Dünən, həftənin Şənbə günü, 21 Sentyabr 2019-cu il, Əfqanıstanın daxili işlər nazirliyinin sözçüsü Nüsrət Rəhiminin yaydığı məlumata görə Talibanın quraşdırdığı minaya on iki uşaq düşüb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əfqanıstanın Pərvan şəhərində mina partlaması nəticəsində 12 azyaşlı uşaq ölüb və yaralanıb.

Bu barədə dünən, həftənin Şənbə günü, 21 Sentyabr 2019-cu il, Əfqanıstanın daxili işlər nazirliyinin sözçüsü Nüsrət Rəhimi məlumat verib.

O deyib: Yerli vaxtla saat 16:20-də Taliban terrorçularının Pərvan şəhərinin Şahməstqələndər kəndində quraşdırdığı minanın partlaması nəticəsində bir uşaq ölüb və digər on bir nəfər yaralanıb.

Əfqanıstanın daxili işlər nazirliyinin belə bir bəyanatla çıxış etməsinə baxmayaraq Taliban bu terrorun məsuliyyətini üzərinə götürməyib.

http://iqna.ir/fa/news/3843741

Teqlər: iqna ، mina ، taliban ، terror
captcha