IQNA

6:49 - October 26, 2019
Xəbər sayı: 3486027
Həzrət Fatimənin (s) şəxsiyyəti, həyat tərzi və müsəlman qadının həyatın müxtəlif sahələrində rolunu araşdıran "Fatimə (s) sirəsi" adlı beynəlxalq konqres keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Həzrət Fatimənin (s) şəxsiyyəti, həyat tərzi və müsəlman qadının həyatın müxtəlif sahələrində rolunu araşdıran "Fatimə (s) sirəsi" adlı beynəlxalq konqres keçiriləcək.

İran İslam Respublikasının Müqəddəs Müdafiədə Qadınların İştirakının Dəyəri və Müqəddəs Müdafiə Mövzusunda Yazılmış Əsərlərin Nəşri Təşkilatının təşəbbüsü ilə keçiriləcək konqersdə araşdırmaçılar və tələbələr iştirak edəcəklər.

"Hər müsəlman bir araşdırmaçı" devizi ilə keçirilən konqresdə müsəlman qadının ictimai həyatı, İslami yaşam tərzi, Qərbin arzuedilməz həyat tərzi ilə mübarizə, Həzrət Zəhranın (s) fərdi və ictiami həyat tərzinin açıqlanması, Həzrət Zəhranın (s) sirəsində müqavimət, müsəlman qadın üçün İslami nümunələrin göstərilməsi, Həzrət Zəhranın (s) elmi, sosila, siyasi və mədəni sahələrdə rolu, İslamda ailə qurmağın, övlad çoxluğunun və tez evlənməyin faydaları, uşaqların sağlam və saleh tərbiyə edilməsi, sağlam ailə meyarları və habelə cavanlar üçün izdivac şəraitinin yaradılması kimi mövzular araşdırılacaq.  

Konqresdə iştirak etmək istəyənlər məqalələrini gələn ilin (2020) Yanvar ayının 10-dək conf.omidnoor.ir saytında göstərilən adresə göndərə bilərlər. Seçilən məqalələrin siyahısı 2020-ci ilin Fevral ayının 20-də elan ediləcək. Seçilmiş elmi məqalələrə mükafat veriləcək və beynəlxalq elmi jurnallarda çap ediləcək.       

https://iqna.ir/fa/news/3852206

http://media.hawzahnews.com/d/2019/10/22/4/863044.jpg

Ad:
E-poçt:
* Comment:
* captcha: