IQNA

15:15 - November 01, 2019
Xəbər sayı: 3486066
Qahirədə keçirilən seminarda Misr rəsmiləri, əl-Əhzər Beynəlxalq İslam Universitetinin tələbə, müəllim və araşdırmaçıları və habelə media fəalları iştirak ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari həftənin ikinci günü, 29 Oktyabr 2019-cu il, Misrin "Darul-Ülum" universitetində "Quran baxımından terrorizmlə mübarizə" seminarı keçirilib.

Qahirədə keçirilən seminarda Misr rəsmiləri, əl-Əhzər Beynəlxalq İslam Universitetinin tələbə, müəllim və araşdırmaçıları və habelə media fəalları iştirak ediblər.

Seminarda Qurani-Kərimin tolerantlıq, ədalət, rəhmət, azadlıq, sülh və dostluq mövzularında göstərişlərindən danışlıb.

Terrorizmin amilləri sırasında müsəlman cəmiyyətlərini bürüyən radikal, fasid və çürük düşüncələr, müqəddəsləşmiş səhvlər, "israiliyyat nağılları" kimi hədislərə də işarə edilib. 

Misr seminarında Qurana əsaslanaraq insanların sülhə, rəhmətə, tolerantlığa, dostluğa, azadlığa və ədalətə dəvət edilməsi, Quran əsasında sağlam cəmiyyətin yaradılması, dini təlimlrərin tədrisi metodlarına yenindən baxılmasının zəruriliyi və sair bu kimi mövzular müzakirə edilib. 

https://iqna.ir/fa/news/3853515

 

 

Ad:
E-poçt:
* Comment: