IQNA

23:08 - November 13, 2019
Xəbər sayı: 3486138
Yəmən hökuməti  Hudeydə əyalətində denge qızdırması və malyariya xəstəliklərinə yoluxma hallarının artmasının ardınca bu əyalətdə fövqəladə vəziyyət elan edib. 
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yəmənin  Hudeydə  bölgəsində  malyariya xəstəliyinə görə, fövqəladə vəziyyət elan edilib. 
 
Yəmən hökuməti  Hudeydə əyalətində denge qızdırması və malyariya xəstəliklərinə yoluxma hallarının artmasının ardınca bu əyalətdə fövqəladə vəziyyət elan edib. 
 
Məlumata görə,  Hudeydə bölgəsində 116 min  552 nəfərdə  malyariyaya yoluxma halı təsdiqlənib, 500 min nəfər isə bu xəstəliyə yoluxmada şübhəli bilinir.   Əyalətdə eləcədə  23 min nəfərdə  denge qızdırması  aşkar olunub. 
 
İndiyədək  denge qızdırmasına görə 51 nəfərin öldüyü Səhiyyə Nazirilyinə  bildirilib, 11 nəfərin bu xəstəlikdən ölməsi öz təsdiqini tapıb. 
 
Qeyd edək ki, Beynəlxalq Təşkilatlar o cümlədən BMT və Qizıl Xaç Səudiyyə Ərəbistanın Yəmənə təcavüzünü Yəməndə vəba, malayriya və digər yolxucu xəstəliklərin yayılmasına səbəb kimi göstərib. Səudiyyə rejiminin yoxsul Yəmənə təcavüzü nəticəsində bu ölkədə infrastruktura ciddi ziyanlar dəyib. Bir çox xəstəxanalar, məktəblər və zavodlar dağıdılıb. 
 
Yəmən hökuməti vəba epidemiyası barədə ilk dəfə 2016-cı ilin oktyabrında məlumat verib. Ümumdünya Səhiyyə Təşkilatı risk zonasında 7,6 milyon insan yaşadığını açıqlayıb.
 
Yəmən qaynaqlarının məlumatına görə, Səudiyyə rejimi Yəməndə əsasən dinc sakinlərin məskunlaşdığı bölgəni bombalaması nəticəsində indiyədək 12 min nəfərdən çox insan həyatını itirib və milyonlarla insan evlərindən didərgin düşüb. 
 
Azal Medical Centerin həkimi Yahya Al-Hamdani düşünür ki, vəba virusu Yəməndə qəsdən və hava vasitəsi ilə yayılıb. “Epidemiyanın yayılmasında önəmli səbəblərdən biri zəhərli qazların hava vasitəsi ilə yayılmasıdır. Zəhərli qazlar gizli şəkildə vəba virusunun geniş yayılmasına səbəb olur”. 
 
Həkim həmçinin Yəməndə xəstəxanaların dağıdılması, dərman, tibbi personal və həkimlərin çatışmamazlığı da bu virusun insanlar arasında geniş yayılmasının digər amili kimi qeyd edib. 
Teqlər: yəmən ، malyariya ، səna ، iqna
Ad:
E-poçt:
* Comment: