IQNA

23:34 - March 15, 2020
Xəbər sayı: 3486917
Tehran (IQNA) -  Qüdsün Əqsa məscidinin həyət qapıları və eyvanları koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə bağlanıb.

Fələstinin paytaxtı Qüds şəhərinin İslami İşlər və İslami Fondlar İdarəsinin direktoru Şeyx Ömər Kisvaninin bu gün (Bazar, 15 Mart 2020) bu barədə verdiyi məlumata görə, namazqılanların sağlamlığının qorunması hədəfi ilə Əqsa məscidinin şəbistan (bağlı həyət, eyvan) qapıları bağlanıb və açıq eyvanlarda namaz qılmaq tətil edilib.

İslami Fondlar İdarəsinin direktoru Şeyx Ömər Kisvani bunu da bildirib ki, Əqsa məscidinin qapıları açıqdır və açıq həyətlərdə namaz qılanacaq.

İşğalçı sionist rejimi isə koronavurisun yayılması bəhanəsi ilə bu gün Sübh namazı qılmağa gələn müsəlmanları Əqsa məscidinə buraxmayıb. Halbuki həmin vaxtda onlarla sionist qəsəbə sakinləri Əqsa məscidinə soxulublar.  

3885563

Ad:
E-poçt:
* Comment: