“İQNA”-nın "Sky News"a istinadən verdiyi məlumata görə, Nyu-York merinin nümayəndəsi Aşura günündə İmam Hüseynin (ə) əzadarlıq mərasimində iştirak edərkən çəkilmiş şəklini paylaşıb.
Zəhran Məmdani Aşura mərasimindəki iştirakından görüntüləri özünün "X" sosial şəbəkəsindəki hesabında paylaşaraq yazıb: "Aşura xatırlamaq, fədakarlıq və düşüncə vaxtıdır."
Məmdaninin mesajının davamında deyilir: "Bu gün, Məhərrəm ayının onuncu günündə, biz İmam Hüseynin (ə) həqiqət və ləyaqətə olan sarsılmaz bağlılığını xatırlayırıq. Bu imamın əbədi irsi bizə iman, bir-birimizə xidmət etmək və ədalətin həmişə uğrunda mübarizə aparmağa dəyər olduğu inancının davamlı dəyərlərini xatırladır."
Nyu-York merinin nümayəndəsi vurğulayıb: "Şəhərimizin gücü onu formalaşdıran müxtəlif dini ənənələrdən və bizim ədalətsizliyə və zülmə qarşı birgə mübarizəmizdən gəlir; qoy bu dəyərləri bütün Nyu-Yorklular üçün daha ədalətli bir şəhər qurmaq yolunda yaşadaq."
4360507