IQNA

20:57 - June 15, 2020
Xəbər sayı: 3487407
Tehran (IQNA) -  Pakistanın Pəncab əyalətinin muxtar dövləti əyalətin bütün universitetlərində Qurani-Kərimin tərcüməsi ilə öyrədilməsinin məcburi olduğunu elan edib.  

Bu qərara əsasən universitetin digər dini fənləri ilə yanaşı ustadlar bütün tələbələrə Qurani-Kərimi tərcüməsi ilə öyrətməlidirlər.

Pəncab qubernatorluğunun katibliyinin bu barədə yaydığı elanda deylir ki, bu qərara əsasən Quranın tədrisi fənni ilin rəsmi dərslərdən sayılacaq və bu fənnin nömrəsi digər dərslər kimi illik qiymətləndirmədə təsirli olacaq.

Universitetlərdə təhsil alan qeyri-müsəlman tələbələrə bu fənnin tədrisi icbari olmayacaq. Onlar bu dərsin yerinə əxlaq dərsində iştirak edə bilərlər.

Pəncab qubernator Çudri Sərvər mətbuat konfransında bu məsələyə aydınlıq gətirərək deyib: Dünya və axirətin xoşbəxtliyini təkcə Qurani-Kərim göstərişlərinə doğru əməl etməklə qazanmaq olar. Bu bir tarixi qərardır ki, Qurani-Kərimi Urdu dilində tərcüməsi ilə tilavət etməyi bacarmayan tələbələrə universitetdən heç bir sənəd verilməyəcək. 3905064

Teqlər: Quran ، tərcümə ، tilavət ، urdu ، Pəncab
Ad:
E-poçt:
* Comment:
* captcha: