IQNA

14:25 - July 13, 2020
Xəbər sayı: 3487611
Amerikanın Vaşinqton və Texas ştatlarında iki atışma hadisəsində yeddi nəfər ölüb və yaralanıb.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) SəhərAzəri-yə istinadla xəbər verir ki, Texas ştatının Mak Alen şəhərindəki atışma hadisəsində 23 yaşlı silahlı bir gənc, atışma xəbərinin verilməsinin ardınca onun evinə yaxınlaşmaqda olan iki polis məmuruna atəş açaraq, öldürüb və ondan sonra intihar edibdir.

Silahlı şəxsin sərxoş halda sürücülük, həbsdən qaçma, toqquşma və narkotik maddələr daşımaq kimi keçmişi olub.

Eyni zamanda, şənbə günü gecə baş vermiş bir atışma hadisəsində azı iki nəfər ölüb, iki nəfər də yaralanıbdır.

CNN telekanalının məlumatına görə, atışma və bıçaqçəkmə barədə məlumat aldıqdan sonra hadisə yerinə gələn polis bir cəsəd və ağır yaralanmış bir şəxslə üzləşib.

Qətlə yetirilmiş şəxs, atəş nəticəsində həyatını itirib. Bıçaqlanmış şəxs də qanaxma nəticəsində vəfat edib. Bu hadisədə həmçinin daha bir kişi və qadın da ağır şəkildə yaralanıbdır.

Bu zorakılıqlar elə bir halda baş verir ki, Amerika koronavirus pandemiyası və ondan irəli gələn nadir bir tələfatla üzləşir. Bundan başqa, Amerika hökuməti noyabr prezident seçkiləri ərəfəsində polisin rənglidərililər əleyhinə hərəkətinə qarşı irqi ayrı-seçkiliyə və sosial ədalətsizliyə qarşı geniş xalq etirazları ilə əlbəyaxadır.

Amerikada silah daşımaq azadlığı bu ölkə boyu atışma ilə bağlı zorakılıqların baş verməsinə gətirib çıxarıb. Bu hadisələrdə bir qrup insan ölür və ya yaralanır. Amma silah lobbisi o qədər Amerikada güclüdür ki, indiyədək bu ölkənin konqresi və icra aparatı silah daşımağın məhdudlaşdırılması sahəsində bir tədbir görməyiblər.

Teqlər: Amerika ، Texas ، Vaşinqton ، iqna
Ad:
E-poçt:
* Comment:
* captcha: