IQNA

13:04 - July 15, 2020
Xəbər sayı: 3487630
"Hər il olduğu kimi, bu ildə “Ərəbin-2020" yürüşü üçün şüar seçilir. 2020-ci ilin Ərbəin yürüşü dünyada baş vermiş hadisələr və problemlərlə əlaqədar başqa bir formatda baş tutacaq".
2020-ci il üçün ‘Ərbəin’ yürüşünün şüarı açıqlanıb. Bunu “Ərbəin” Qərargahının mədəniyyət komitəsi açıqlayıb. 
Komitənin bəyanatında bildirilir:  "Hər il olduğu kimi, bu ildə “Ərəbin-2020" yürüşü üçün şüar seçilir. 2020-ci ilin Ərbəin yürüşü dünyada baş vermiş  hadisələr və problemlərlə əlaqədar başqa bir formatda baş tutacaq.  Dünyada koronavirus  epidemiyası yayılıb  və hər gün minlərlə insan  həyatını itirir. Bölgədə sionist rejimin  təcavüzü, zülmü İslam dünyası üçün  digər bir problemdir.  Bundan başqa ABŞ-ın  İraq və İran xalqına  dövlət terroru nəticəsində təzyiqləri hər gün artmaqdadır.  Məsum İmamların kəlamlarında bəla və çətinliklərlə üzləşəndə  nicat tapmaq üçün İmam Hüseynə (ə)  təvəssül edilməsi tövsiyə olunub. Bütün problemlərin və çətinliklərin  nicat yolu  İmam Hüseyn (ə) yoludur, yəni  müqavimət yolu.  Buna görə bu ilki yürüşün şüarı “əl-Husəynu Səfinətun-Nəcat” (Hüseyn nicat gəmisidir)” şüarı seçilib.”
Məlumatda qeyd olunur ki, “Ərbəin – 2020” üçün şüarın seçilməsi  bu yürüşün ötən illərdə olduğu kimi izdihamlı formatda təşkil olunacağı anlamında deyildir.  Ərbəin yürüşünün hansı formada təşkil olunacağı ilə bağlı hələlik İraq dövləti qərar açıqlamayıb.  Əhli-beyt (ə) aşiqləri İraq dövlətinin  bu haqda verəcəyi qərarı gözləsinlər.  
Komitə qeyd edib ki,  Ərbəin yürüşü  heç vaxt  tətil olmayacaq. Mümkindir ki, Ərbəin yürüşü bu il  fərqli formatda keçirilsin. Kərbəla şəhərinə girişə icazə verilməsin. Hazırda Ərbəin yürüşünün yeni formatda və yeni texnologiyalardan istifadə etməklə təşkil edilməsi üçün işlər görülür. 
Qeyd edək ki, hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 08 oktybar tarixinə təsadüf edir. /maide.az/
Ad:
E-poçt:
* Comment:
* captcha: