IQNA

Şotlandiya tarixində ilk dəfə hicablı reportyor televiziyada göründü

22:36 - August 04, 2020
Xəbər sayı: 3487810
London əsilli 5 uşaq anası Tasnim Nazir, jurnalist, yazıçı, ədəbiyyat mükafatı laureatıdır, hazırda həyat yoldaşı və uşaqları ilə Qlazqoda yaşayır.

Şotlandiyada televiziya aparıcısı Tasnim Nazir, STV xəbər kanalının televiziyasında baş örtüyündə görünərək yeni tarixi səhifə açdı.

London əsilli 5 uşaq anası Tasnim Nazir, jurnalist, yazıçı, ədəbiyyat mükafatı laureatıdır, hazırda həyat yoldaşı və uşaqları ilə Qlazqoda yaşayır.

Müsəlman müxbir telekanalda hicabda görünüb və onun Şotlandiya televiziyasında ilk hicablı müxbir olduğu güman edilir. T.Nazirin sözlərinə görə, çox çətinliklərdən keçib.

"Mən əvvəllər çox maneələrlə qarşılaşdım. Hazırladığım reportajları dəfələrlə televiziyada təqdim edə bilməmişəm, çünki hakimiyyətdəki insanlar (hicabımı bəhanə gətirərək) düzgün görünmədiyimi deyiblər. Müxtəlif qurumlarda sərbəst işləyirəm, amma təəssüf ki, bu mənimlə Şotlandiyada baş verdi. Hətta hicabımı çıxartmağımı da istəyiblər", - dedyə T.Nazir deyib.

T. Nazirə STV kanalında işini davam etdirməyə icazə verildiyi üçün özünü çox xoşbəxt hiss edir. “Mən demirəm ki, bütün Şotlandiya təşkilatlarının eyni fikrə malikdir, amma bəzi hallarda qadınlara bu cür münasibət göstərən bəzi insanlar var".

Deyerler.org

captcha