Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, bu gün səhərdən #حب_الحسین_یجمعنا (Hüseyn bizi bir yerdə toplayır) həştəqi sosial şəbəkələrdə ən çox izlənilən və paylaşılan həştəq olub.
#حب_الحسین_یجمعنا (Hüseyn bizi bir yerdə toplayır) həştəqi bu gün səhərdən 1 milyon 300 min dəfə izlənilib.
Bu həştəq ABŞ, İran, Azərbaycan, Britaniya, Misir, Pakistan, və digər ölkələrdə Ərbəin üçün ən çox paylaşılan həştəq olub.