IQNA

İordaniya, Hindistan və Kiprdə Makron və Fransa əleyhinə nümayişlər keçirildi

20:05 - October 28, 2020
Xəbər sayı: 3488482
Etirazçılar Frsana əleyhinə şüarlar səsləndirərək, bu ölkənin bütün mallarının boykot edilməsini tələb ediblər.

Fransanın prezidenti Emmanuel Makronun İslamı və müsəlmanları təhqir etdiyinə görə üzr istəməməsi ilə bağlı israrından sonra dünya müsəlmanları küçələrə çıxaraq, Həzrət Muhəmməd (s) peyğəmbərin təhqir edilməsinə etiraz edib və hökumətlərini Fransa mallarını boykot etməyə çağırıblar.

Deyerler.org xəbər verir ki, oktyabrın 28-i İordaniya vətəndaşları Fransa səfirliyi qarşısında oturaq aksiyası keçirərək, Fransa prezidenti və KİV-lərinin Həzrət Peyğəmbərimizi (s) təhqir etməsini qınayıblar.

Etirazçılar Frsana əleyhinə şüarlar səsləndirərək, bu ölkənin bütün mallarının boykot edilməsini tələb ediblər.

Oxşar tələblərlə Hindistanın Mumbai şhərindəki müsəlmanlar da küçələrə çıxaraq, Fransa prezidenti Emmanuel Makron və Fransa əleyhinə nümayişlər keçiriblər.

Kiprin Nikosia şəhərində yerləşən Fransa səfirliyinin qarşısında toplaşan müsəlmanlar Peyğəmbərimizi (s) sevgilərini bildiriblər. Kipr müsəlmanları Fransa rəsmilərinin İslama və müsəlmanlara qarşı bu vandal hücumunu pisləyiblər. 

 

captcha