Şöbənin mühəndisi Məhəmməd Əbdül-Kərim İmamali saytına açıqlamasında bunları deyib: “Fatimeyi Zəhra (s.ə) səhninin işlərinə başlandı. Burada şimal və cənub həyətlərinin fasadları və əsas qapılarının daxili günbəzləri daxil olmaqla Kərbəla kaşısı ilə, kitabələr, nəcib ayələr və hədislərin quraşdırılması işləri kimi bir çox işlər görülür.
Layihənin qalan binalarında işıqlandırma işləri, çilçıraqların quraşdırılması və elektrik sistemlərinin yoxlanılması ilə yanaşı, ziyarət və ibadət hissəsinin dəhlizlərinin ortasında yerləşən daxili fəvvarələrin tamamlanması üçün işlər davam etdirilir”.
Qeyd edək ki, Fatimeyi Zəhra (s.ə) səhni məkan, dizayn və müxtəlif xidmət obyektləri baxımından bənzərsiz bədii və memarlıq əsəridir və müqəddəs ziyarətgahın ən böyük layihəsidir. /imamali.net