IQNA

İranda "Seyyid Mürtəza minilliyi" beynəlxalq konqresi keçiriləcək

8:16 - December 03, 2020
Xəbər sayı: 3488777
Tehran (IQNA) -  İranda 4-5-ci hicri-qəməri tarixində yaşamış görkəmli şiə alimi Seyyid Mürtəza Ələmulhüdanın xatirəsin "Seyyid Mürtəza minilliyi" adlı beynəlxalq konqres keçiriləcək.

Tehran (IQNA) -  İranda 4-5-ci hicri-qəməri tarixində yaşamış görkəmli şiə alimi Seyyid Mürtəza Ələmulhüdanın xatirəsin "Seyyid Mürtəza minilliyi" adlı beynəlxalq konqres keçiriləcək.

Gələn ilin (2021) Mart ayında, Həzrət İmam Əlinin (ə) viladəti günləridə keçirilməsi nəzərdə tutulan beynəlxalq konqres üçün Seyyid Mürtəzanın əsərləri barədə 600 səhifədən ibarət 60 kitab hazırlanıb.

Bu kitablarda Seyyid Mürtəzanın əsərlərinin təshihi, tədqiqi və tərcüməsi işləri işıqlandırılıb.

Bundan əlavə konqreslə bağlı jurnal, CD, xüsusi bülletin, xəbərnamə, çıxış və iclaslar toplusu da çap və nəşr ediləcək.

Konqresin ötən gün (2 Dekabr 2020) keçirilən mətbuat konfransında "Seyyid Mürtəza minilliyi" beynəlxalq konqresinin keçirilməsi komitəsinin elmi katibi Höccətul-İslam vəl-müslimin Mehdi Mehrizi deyib:

Darul-Hədis Müəssisəsi 1380-cı ildə (hicri-şəmsi) şiə alimləri üçün konqeslərin və xatirə mərasimlərinin keçirilməsinə başlayb.

İlk konqres 1382-ci ildə Seyyid Şah Əbdüləzim Həsəni, ikinci konqres müfəssir Əbulfütuh Razi, 3-cü konqres 1388-ci ildə Siqətulislam Şeyx Kuleyni, 4-cü konqres 1391-ci ildə Əbdülcəlil Razi, 5-ci konqres 1393-cü ildə Ayətullah Meşkini barədə keçirildi.

Konqresin keçirilməsində İmam Rza (ə) hərəmi, İraqın Kazimeyn (ə) hərəmi, İmam Hüseyn (ə) hərəmi, İslami Mədəniyyət və Elm Tədqiqat Mərkəzi, Dinlər və Məzhəblər Universiteti, Nur Komputer    İslami Tədqiqat Mərkəzi, İslami Mədəniyyət və Əlaqələr Təşkilatı, İran İxtisaslaşdırılmış Kitabxanalar Birliyi, UNESCO milli komissiyası, Məzhəblərin Yaxınlaşdırılması Təşkilatı, Ümumdünya Əhli-Beyt (ə) Assambiliyası, İslami Ehtiyatlar Fondu, Şiə Kitabşünaslıq Birliyi və digər elmi və mədəni təşkilatlar iştirak edir.  

Höccətul-İslam vəl-müslimin Mehdi Mehrizi əlavə edib: Seyyid Mürtəzanın adına "Xatirə Makrası" istehsal edilib, Seyyid Mürtəza dünyanın və İslamın tanınmış şəxsiyyəti kimi UNESCO-da qeydiyyata alınıb və İran milli təqviminə də xatirə gününün salınması barədə işlər görülür.

O vurğulayıb: Seyyid Mürtəzanın əsərləri tədqiq və təshih edilib. Onun həyatı, və Quran, hədis, fiqh və ərəb ədəbiyyatı barədə əsələri və həmçinin 4 cildlik təshih edilmiş şeir divanı 40 cilddə hazırlanıb.

Mehrizi deyib: Seyyid Mürtəzanın əsərlərinin əlyazma nüsxələri yenidən dünya kitabxanlarında araşdırılıb və 700 yeni əlyazma nüsxə tapılıb. Bunların arasında bəziləri Seyyidin vəfatından 36 il sonra yazılıb.

Konqresin elmi katibi əlavə edib: Seyyid Mürtəzanın əsərləri barədə yazılmış elmi işlər (170 payannamə) "Pəjuheşnamə" adı ilə 20 cilddə, məqalələr toplusu 10 cildə də nəşr edilmişdir ki, məqalələrin 4 cildi Ərəb dilindədir. Bundan əlavə Seyyid Mütrəzanın əqidə və kəlam kitablarından çıxarılmış 2 cild təfsir çap edilib.

Qeyd edək ki, Seyyid Mürtəza, Ələmul-Hüda və Şərif Mürtəza ləqəbi ilə tanınan məşhur şiə alimi Seyyid Əli ibn Hüseyn bin Musa 355-ci hicri-qərəmi ilində İraqın Bağdad şəhərində anadan olub və 436-cı ildə vəfat edib, Bağdadın Kərx məhəlləsində, indiki Kazimeyn rayonunda dəfn edilib.

Onun atası şiənin məşhur alimi və anası isə 4-cü məsum imam Həzrət Zeynul-Abidinin (ə) nəvələrindən olub.

Ali-Buveyh hakimiyyəti dövründə yaşayıb. Şeyx Müfidin şagirdi və Şeyx Tusinin ustadı olub. İslami fihq, Quran, hədis, kəlam, ərəb ədəbiyyatı, şeir və təfsir barədə bir çox əsərləri günümüzə gəlib çatıb.   

/3938670

captcha