IQNA

əl-Əqsa məscidi ətrafında Sionist rejimin yeni qazıntıları

9:15 - December 15, 2020
Xəbər sayı: 3488857
Tehran (IQNA) - Fələstin mediası sionist İsrail rejiminin məscidi dağıtmaq və Qüdsü yəhudiləşdirmək üçün əl-Əqsa məscidinin ətrafında yeni qazıntılar apardığını bildirib.

Fələstin mediası İsrail rejiminin məscidi dağıtmaq və Qüdsü yəhudiləşdirmək üçün Əl-Əqsa məscidinin ətrafında yeni qazıntılar apardığını bildirib.

Sionistlərin əziz İslam Peyğəmbərinin (s) meraca yüksəldiyi məscidə qarşı hazırladığı hiyləyə görə, Əl-Əqsa məscidinin divarlarının dağıdılması ilə üz-üzə qoyub. Bu hərəkətlər 1948-ci ildə Fələstinin sionistlər tərəfindən işğal edilməsindən sonra başlayıb və Fələstinin İslam və Xristian müqəddəsliklərinə, xüsusən Əl-Əqsa məscidinə qarşı cinayətləri davam edir.

Əl-Əqsa məscidi mütəxəssisi Fəxri Əbu Diab yeni tunellər və qazıntıların məscidin şərq hissəsində sionistlər və Əl-Əad Sionist icması tərəfindən həyata keçirildiyini, məscidin şərq divarlarının çökmə təhlükəsi altında olduğunu söyləyib: "Bu qazıntılar, Əynul Əzra bölgəsində Baba əl-Rəhmə istiqamətində, Əl-Əqsa məscidinin şərq divarından 100-150 metr məsafədə aparılır. Bu gizli qazıntıların mövcudluğunu ortaya qoyan isə, Bab Əl-Rəhmin xarici səthindəki çatlaqlar və görülən qazma əməliyyatlarının bəzi xüsusi avadanlıqlarıdır. Əl-Əad Sionist icmasının işçiləri qazmağa davam edir, külli miqdarda torpaq götürür və bütün tarixi abidələrini torpağa basdırmağa çalışırlar. Sionist məmurlar, fələstinlilərin bu əraziyə, hətta nəqliyyat vasitələrinə girməsinə icazə vermirlər və yalnız sionist məmurların maşınları və sionist gəlmələrin içəri girməsinə icazə verilir".

Qeyd etmək lazımdır ki, bu ərazidə Kənanilərin dövründən Osmanlı dövrünə qədər olan bir çox qədim ərəb və İslam abidələri var və sionist rejim bu abidələri tamamilə məhv etmək istəyir. Minlərlə il əvvələ aid olan və çəkisinin bir neçə min ton olduğu təxmin edilən 10 metr uzunluğunda və 10 metrdən az enində qədim bir daş da çıxarıblar. /3940768

آماده// حفاری‌های جدید صهیونیست‌ها در اطراف مسجد الاقصی

captcha