IQNA

Məkkə və Mədinənin qədim şəkilləri satışa çıxarıldı

15:33 - May 22, 2021
Xəbər sayı: 3489878
Avropanın məşhur “Sotheby`s” hərrac evi Məkkə və Mədinə şəhərlərinin qədim təsvirlərini satışa çıxarıb. Şəkillər arasında 1791-ci ilə aid Məkkə şəhərinin panorama görüntülü qravyurası da var.

Avropanın məşhur “Sotheby`s” hərrac evi Məkkə və Mədinə şəhərlərinin qədim təsvirlərini satışa çıxarıb. Şəkillər arasında 1791-ci ilə aid Məkkə şəhərinin panorama görüntülü qravyurası da var.

430×865 mm ölçülü qravyura öz zamanında yaradılmış ən böyük qravyuradır. Şəkildə Həccə gələn zəvvarlar da təsvir olunub. Bu gözəl şəkil uzun müddət əlçatmaz hesab olunurdu. Qravyuranın qiyməti 12-18 min funt sterlinq olaraq qiymətləndirilir.

Həmçinin həmin şəhərlərin akvarel və tutqun sulu boya ilə işlənmiş rəsmləri də satışa çıxarılacaq. Onlardan birində Mədinə şəhərinin panoramalı görüntüsü əks olunub. Digərində isə Kəbə və Məscidül-Həram təsvir olunub. Hər iki şəklin tarixi 1840-ci ildir.

Teqlər: məkkə ، mədinə ، hərrac ، foto
captcha