IQNA

"Quran Festivalı 114 Dünya Mükafatı" Quran və Maarif kanalından yayımlanacaq

12:43 - September 12, 2021
Xəbər sayı: 3490720
İran İslam Respublikasında keçirilən "Quran Festivalı 114 Dünya Mükafatı"nın ikinci turu Quran və Maarif kanalının "Misbah" proqramı vasitəsi ilə yayımlanacaq.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasında keçirilən "Quran Festivalı 114 Dünya Mükafatı"nın ikinci turu Quran və Maarif kanalının "Misbah" proqramı vasitəsi ilə yayımlanacaq.

Bu barədə Dünya Əhlul-Beyt (ə) Assambleyasının beynəlxalq işlər müavini və "Quran Festivalı 114 Dünya Mükafatı" keçirilməsi komitəsinin idarəçilik şurasının sədri Höccətul-İslam vəl-müslimin Məhəmməd Cavad Zarian məlumat verib.

Bu festivalın keçirilməsi prosesi, proqramları və qaydaları, həmçinin İranın daxilində və xaricində Quran fəaliyyətləri ilə məşğul olan qrumların bu festivalda iştirakı barədə Quran və Maarif kanalının "Misbah" proqramında açıqlama verilib.  

Qeyd edək ki, "Misbah" proqramı İranda və xaricdə olan Quran və İslam maarifi sahəsində mədəni və ictimai fəaliyyətləri mütəmadi olaraq izləyir və bu barədə Quran və Maarif televiziya kanalının müxatəblərini məlumatlandırır.

Quran və Maarif kanalının "Misbah" proqramı həftənin cüt günləri Tehran vaxtı ilə saat 22:00-da efirə çıxır. / iqna

captcha