IQNA

23:11 - September 14, 2021
Xəbər sayı: 3490743
İmam Əlinin (ə) müqəddəs ziyarətgahının Ərbəin ziyarətinin idarə edilməsi üzrə Ali Komitə bu gün (14 sentyabr) gələn qonaqlara xidmət etmək üçün Fatimeyi-Zəhra (s.ə) səhnini hazırlamağa başlayır.

İmam Əlinin (ə) müqəddəs ziyarətgahının Ərbəin ziyarətinin idarə edilməsi üzrə Ali Komitə bu gün (14 sentyabr) gələn qonaqlara xidmət etmək üçün Fatimeyi-Zəhra (s.ə) səhnini hazırlamağa başlayır.

Ərbəin ziyarətinin idarə edilməsi üzrə Ali Komitə Kərbəlaya İmam Hüseynin (ə) Ərbəin mərasimini anmaq üçün getməzdən əvvəl İmam Əliyə (ə) başsağlığı verməyə gələn qonaqların xidmətində olmaq məqsədilə Fatimeyi-Zəhra (s.ə) səhnini mübarək hissələrini yoxlamağa başlayıb.

Ərbəin ziyarətinin idarə edilməsi üzrə Ali Komitənin üzvü Fateh Əl-Kirmani belə bir açıqlama verib: “Ərbəin ziyarətinin idarə edilməsi üzrə Ali Komitə Fatimeyi-Zəhra (s.ə) səhnində reallığı görmək üçün müvafiq şöbələrin rəhbərlərinin müşayiəti ilə (nizam-intizam, xidmət, elektrik və ictimaiyyətlə əlaqələr) baxış keçirdi.

Yoxlama ziyarəti mübarək səhnin ətrafını görmək və buranı dünyanın hər yerindən gələn zəvarlara açılması üçün hazırlamaq, onları yerləşdirmək, yemək və qonaqpərvərlik, sağlamlıq xidmətləri, müalicə, maddi-texniki dəstək və zəvvarın müqəddəs Nəcəf şəhərində olduğu müddətdə ehtiyac duyduğu hər şeyi təmin etmək üçün edildi.

Mübarək həyətdəki bütün zallar və xidmət qurğularını, xalçalar, soyutma sistemlərinin qurulmasını və digər xidmətləri əhatə edən işlərin gedişatı öyrənildi və yoxlanıldı”. / deyerler / imamali.net

Ad:
E-poçt:
* Comment:
* captcha: