IQNA

19:33 - September 21, 2021
Xəbər sayı: 3490786
Seyid Əbdülməlik Bədruddin Əl-Husi inqilabdan əvvəl bu ölkənin işlərinin ABŞ səfirinin əlində olduğunu və xarici himayədarlığın Yəmənin çökməsinə və tamamilə işğalına səbəb olduğunu söyləyib.

Yəmənin Ənsarullah hərəkatının baş katibi Seyid Əbdülməlik Bədruddin Əl-Husi inqilabdan əvvəl bu ölkənin işlərinin ABŞ səfirinin əlində olduğunu və xarici himayədarlığın Yəmənin çökməsinə və tamamilə işğalına səbəb olduğunu söyləyib.

Seyid Əbdülməlik Bədruddin Əl-Husi Yəmən inqilabının yeddinci ildönümü münasibətilə çıxış edib.

Ənsarullah hərəkatının baş katibi çıxışının əvvəlində 21 sentyabr inqilabının ildönümünü təbrik edib və bu inqilabın davam edən böyük uğur olduğunu və bu inqilabın bu gün və gələcək üçün əhəmiyyətli olduğunu söyləyib: “Bu inqilab insan və əxlaqi vacibat və ehtiyacların nəticəsidir. Ölkədəki əvvəlki vəziyyət bizə inqilabın qəti olduğunu və Yəmən xalqının həqiqi mənafeyinə xidmət etdiyini dərk etməyimizi təmin etdi.

İnqilabdan əvvəl bu, xarici qəyyumluq mərhələsi idi və ölkədəki siyasi spektr Yəmən xalqının müstəqilliyi və azadlığından da məhrum idi.

İnqilabdan əvvəl ölkəmizin hakim qrupu Yəmənin Təhlükəsizlik Şurasının yeddinci qətnaməsi altında olmasına səbəb oldu.

ABŞ səfiri o vaxt Yəməndən məsul idi və Vaşinqton vitse-prezidenti idi. İnqilabdan əvvəl siyasi qruplar ABŞ səfirliyinə təslim olmuşdu”.

Yəməndə inqilabdan əvvəl ağır iqtisadi, təhlükəsizlik və hərbi vəziyyət

Ənsarullahın lideri, inqilabdan əvvəl Yəməndəki iqtisadi vəziyyətin çökməsinə işarə edərək, bunları deyib: “Beynəlxalq birlik də köhnə rejimi dəstəklədi, lakin Yəmən ölümcül iqtisadi böhranlarla üzləşmişdir.

İnqilabdan əvvəl partlayışlar, sui-qəsdlər və təkfirçi ünsürlər var idi. O vaxt Yəmənin düşmənləri Yəmənin maddi və mənəvi güc ünsürlərini ondan almaq və onu işğal etmək, bu ölkəni süqut həddinə çatdırmaq üçün əllərindən gələni etdilər”.

Əl-Husi düşmənlərin Yəmən ordusunu dağıtmaq cəhdlərini tənqid edərək, belə davam edib: “İnqilabdan əvvəlki siyasi qrupların məğlubiyyəti Yəmənə qarşı geniş hücuma səbəb oldu ... İnqilabdan əvvəlki siyasi, iqtisadi və təhlükəsizlik vəziyyəti davam etsəydi, Yəmən çöküb dağılacaqdı”.

Seyid Əbdülməlik inqilabın Əl-Qaidə ilə mübarizə bəhanəsi ilə ABŞ-ın Yəməndə bazalarının artmasının qarşısının alınmasındakı roluna da toxunaraq, belə deyib: “Yəməni hədəfə almaq ABŞ, sionist rejim və İngiltərənin marağındadır”.

Ənsarullahın lideri, sionist rejimin ABŞ-ın bölgədəki yeganə nümayəndəsi olduğunu qeyd edərək belə danışıb: “Səudiyyə rejimi və BƏƏ yalnız ABŞ-ın alətləri və süd verən inəkləridir. Ancaq biz əvvəlcədən başda ABŞ olmaqla, xarici ölkələrin inqilabla mübarizədəki rolunu anladıq”.

Əl-Husi ABŞ, Sionist rejim, İngiltərə və onların Yəmənə qarşı muzdlu dəstələrini tənqid edərək, belə deyib: “İnqilab düşməni təəccübləndirdi və Yəmən xalqının hücum və mühasirəyə qarşı müqavimətinə təəccübləndilər ... Ən böyük dərsimizi kişilərimiz və qadınlarımız verdi.

Yəmən inqilabı Avropa və ya digər ölkələr üçün təhlükə deyil. Düşmən İsrail rejiminə və Amerika hegemonluğuna qarşı mövqeyimiz qətidir... ABŞ-ın millətimizə və xalqımıza hücum etməsinə icazə verməyəcəyik.

Yəmən düşmənlərinin Yəmən inqilabı ilə əlaqədar problemləri Yəmənin İsrail rejimini özünün əsas düşməni hesab etməsi və Fələstin məsələsi ilə maraqlanmasıdır”. / iqna / 3999052

Ad:
E-poçt:
* Comment:
* captcha: