IQNA

19:08 - January 16, 2022
Xəbər sayı: 3491574
Əbdül-Alim Fəsadə dünyanın bir çox ölkəsində Misirin Qurani-Kərimin ən yaxşı səfiri adlandırılan məşhur və mərhum misirli qiraətçidir. O, ömrünün sonlarına yaxın qiraət etməyi dayandırmaq üçün həkimlərin tövsiyələrinə əməl etməkdən imtina etdi.

"İQNA", "Əl-Şuruq"-a istinadən xəbər verir ki, yanvarın 15-də, Misirin Kəfr əş-Şeyx əyalətinin ən qədim və məşhur Quran qarilərindən biri olan Şeyx Əbdül-Alim Fəsadənin vəfatının ildönümü idi. O, 2021-ci ildə 73 yaşında xəstəlikdən dünyasını dəyişib.

Şeyx Fəssadə 1947-ci ildə Misirin Kəfr Şeyx əyalətinin Bila şəhərində anadan olub. O, 10 yaşında Ustad Yusuf Şetanın hüzurunda təhsil alaraq bütün Qurani-Kərimin hafizi oldu.

Şeyx Fəssadə, Əl-Əzhər Universitetində Quran və Quran elmlərindən dərs deyirdi. O, Misirin ən məşhur və ən qədim qarilərindən biri oldu.

Fəsadə ömrünün sonunda ürək xəstəliyinə tutulmuşdu. Mütəxəssis həkim ona səhhəti ilə əlaqədar Quran oxumağı dayandırmağı tövsiyə etmişdi.

Lakin o, bunu rədd etdi və dedi: "Əgər qiraət etməsəm, ölərəm. Quran oxuyarkən ölməyi üstün tuturam."

4028663

Teqlər: Quran ، Misir ، qari ، qiraət ، hafiz
Ad:
E-poçt:
* Comment:
* captcha: