IQNA

11:05 - February 12, 2022
Xəbər sayı: 3491726
Almaniyadakı ekstremist sağçı qruplar Almaniyanın Dortmund şəhərində məscidə ziyan vurublar.

"İQNA", "TRT"-yə istinadən xəbər verir ki, Dortmunddakı bir qrup müsəlman fəal hücumçuların məscidin qapılarından birinə xaç çəkdiklərini bildirib.

Türk-İslam Diyanət İşləri Dərnəyinin sədri Turqut Ülkər deyib: "Səlahiyyətliləri ibadət yerlərimizi qorumaq üçün təcili tədbirlər görməyə çağırırıq. Biz bütün demokratik təşkilatlarla birlikdə Dortmundun tolerantlıq şəhəri olaraq qalmasını təmin etmək üçün Dortmundda irqçiliklə mübarizə aparmağa davam edəcəyik."

Polis Sultan Əhməd məscidinə baxış keçirib və çəkilmiş xaçı sprey boya ilə boyamağa çalışıb.

4035392

Ad:
E-poçt:
* Comment:
* captcha: