IQNA

Srebrenitsa müsəlman soyqırımının xatirəsi sülh yürüşü ilə anılacaq

14:38 - March 14, 2022
Xəbər sayı: 3491916
Sarayevodakı Bosniya-Fars Kolleci ilə birgə əməkdaşlıqla Mira Yürüşü (Sülh Yürüşü) ilə Bosniya və Herseqovinada Srebrenitsa müsəlmanlarının soyqırımı anılacaq.

"İQNA", Sarayevodan xəbər verir ki, 1995-ci il iyulun 11-də 8000-dən çox günahsız və mülki müsəlman serblər tərəfindən şəhid edilib. Mira Yürüşü (Sülh Yürüşü) Srebrenitsa qırğınından beş il sonra hər il Bosniya və Herseqovinada Srebrenitsa qətliamından sağ çıxanların ailələri və müxtəlif şəxslər və qruplar tərəfindən keçirilir.

Bu mərasim 27-ci ildönümü ilə birlikdə 11 iyul 2022-ci il tarixində, Təbib QHT və Zaman İnstitutu tərəfindən Sarayevodakı Bosniya Fars Kolleci ilə birgə keçiriləcək. Qeydiyyatdan keçmək və əlavə məlumat almaq istəyənlər WhatsApp-da 09931476711 nömrəsinə mesaj göndərə bilərlər.

4042689

captcha