IQNA

Quran baxımından tövbənin qəbul edilməsinin şərtləri

16:37 - April 21, 2022
Xəbər sayı: 3492108
Qurani-Kərim tövbəni islahla birlikdə bilir. Yəni tövbə və qayıdış islahla müşayiət olunan zaman məna tapır. Əgər səhv fikrin varsa, ondan qayıdanda düzgün fikirdən istifadə etməlisən. Yaxud yanlış siyasi davranışınız varsa, tövbədən sonra onu düzgün addımla əvəz etməlisiniz.

Beynəlxalq Əl-Mustafa (s) Universitetinin elmi heyətinin üzvü Məhəmməd Əli Mirzai, İQNA-nın "Ayələr və Həyat" mövzusunda hazırladığı mühazirələr silsiləsinin 19-cı hissəsində o, "Bəqərə" surəsinin 160-cı ayəsinə istinad edərək tövbənin qəbul edilməsinin şərtlərindən bəhs edib.

Allah "Bəqərə" surəsinin 159 və 160-cı ayələrində buyurur: "Həqiqətən nazil etdiyimiz aydın dəlillər və hidayətləri kitabda (Tövrat və İncildə) insanlara bəyan etməyimizdən sonra, (onları) gizlədən kəslər, məhz onlardır Allahın lənətlədiyi və həmçinin (bütün) lənət oxuyanların lənətlədiyi kəslər! Tövbə edib (öz pis işlərini) düzəltməklə məşğul olaraq (gizlətdiklərini) bəyan edənlər istisna olmaqla! Beləliklə onların tövbəsini qəbul edirəm və əlbəttə ki, tövbələri çox qəbul edən və mehriban Mənəm."

Tövbə ən böyük ilahi nemətlərdən biridir və islahat qapısıdır. Əgər tövbədən qəflət olunarsa, islah da diqqətdən kənarda qalır. Bu məsələdə həyatımızda böyük bir dərs var. Səhv yoldan qayıtmaq üçün yolu və qapını açıq qoymalısan. Bəzilərimiz bütün bu qapılardan xəbərsizik. Uşaqlarımızla, qardaşlarımızla, insanlarla necə davranacağımızı bilmirik. Bəzi cəmiyyətlərdə günahkarlara qarşı zorakılıqla rəftarın həll yolu olduğu düşünülür. Bir halda ki, qapını günahkarlara açıq qoymaq ilahi bir nemətdir.

Tövbə həm siyasi, həm əxlaqi, həm də elmi ola bilər. Məsələn, elmi məsələlərdə və ya Quranın təfsirində səhv baş verir və s... . Əgər biz hücum edib və pis rəftar etsək və geri qayıtmağa yolu saxlamasaq, əgər övladlarımız səhv edirsə və biz onların qayıtması üçün qapını açmırıqsa, fəsad törətmiş oluruq. Biz həyatı və nəsilləri məhv etmiş, ailəni və hökuməti fasid etmiş olarıq.

Qurani-Kərim tövbəni islahla birlikdə bilir. Yəni tövbə və qayıdış islahla müşayiət olunan zaman məna tapır. Əgər səhv fikrin varsa, ondan qayıdanda düzgün fikirdən istifadə etməlisən. Yaxud yanlış siyasi davranışınız varsa, tövbədən sonra onu düzgün addımla əvəz etməlisiniz.

4042982

captcha