IQNA

İranda bayram əhval-ruhiyyəsi yaşanır

15:19 - July 17, 2022
Xəbər sayı: 3492564
Sabah, Zilhiccə ayının 18-I İslam dünyasının ən əhəmiyyətli bayramlarından biri – "Qədir-Xum" bayramı qeyd edilir.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, zilhiccə ayının 18-ci (iyulun 18-i) Qədir-Xum bayramına təsadüf edir. Bu mübarək gündə Allahın sonuncu Peyğəmbəri Həzrət Məhəmməd Mustafa (s) Həzrət Əlini (ə) müsəlmanların mövlası təyin etdi.

Hər il islmai İranda Qədir-Xum bayramına geniş hazırlıqlar gedir. Bu il də Qədir-Xum bayramı ərəfəsində İranın müxtəlif şəhər və kəndlərində şənlik mərasimləri keçirilir. Küçələr çırağan edilib, küçələrdə şiriniyyat və şərbət paylanır Xüsusilə, şiələrin 8-ci imamı həzrət İmam Rza(ə)-ın məqbərəsinin yerləşdiyi Məşhəd şəhəri və o həzrətin əziz bacısı xanım Məsumənin(s) pak hərəmi olan Qum şəhərində bu bayram özünəməxsus formada təntənəli şəkildə qeyd olunur.

Azərbaycan Respublikasında da Qədir-Xum bayramı hər il olduğu kimi qeyd edilir. 

captcha