IQNA

İmam və imamın məqamı

17:38 - August 01, 2022
Xəbər sayı: 3492650
“İmam” Qurani-Kərimdə Allahın bəzi xüsusi bəndələrinə şamil edilən ilahi məqam və məqamdır. Qurani-Kərimdə bəzi peyğəmbərlərin “imam” kimi qeyd olunması onu göstərir ki, imam məqamı nübüvvət məqamından fərqlidir və peyğəmbərlər üçün bir fəzilətdir. Bütün peyğəmbərlərin bu məqama çatmaq qüdrəti və gücü yox idi.

“İQNA” xəbər verir ki, Dinlər və Məzhəblər Universitetinin ustadı, Mürtəza Kərbəlayi İmam və imamın məqamı barədə danışıb ki, onu diqqətinizə çatdırırıq.

İmam ərəb sözü olub rəhbər və sərkərdə mənasındadır ki, İslamın xüsusi terminlərindən biridir. Bu söz özlüyündə müqəddəs bir məna daşımır. Quranda insanları Allaha tərəf aparan rəhbərlər üçün işlədilir. Amma şiə məzhəbində bu ümumi mənadan başqa xüsusi məna və istifadələrə malikdir.

İmam xüsusi mənada vilayət məqamına malik olan kimsəyə deyilir ki, bütün dinlərdə eyni səviyyədə və rütbədədir. İmam insanları doğru yola yönəltməyə çalışır. İmam kamil insanın ən gözəl nümunəsidir. Əslində insanın səadət və kamilliyi İmamın timsalında təzahür edir. Çünki insan ilahi vilayət məqamını həyata keçirmək üçün yaradılmışdır. Qurani-Kərimdə buyurulur: Biz əmanəti (iman və təqvadan hasil olan uca, mənəvi və insani kamallara yetişməyi) göylərə, yerə və dağlara təklif etdik. (Onların bunu götürmək qabiliyyətlərini ölçdük) onlar onu (öz öhdələrinə) götürməkdən boyun qaçırtdılar və qorxdular. İnsan onu boynuna götürdü (onda zati bir səlahiyyət var idi). Həqiqətən, o zülm edən və cahil idi” (Əhzab, 72).

“Zəlumən və və Cəhulən” kəlməsi insanın zirvədə və ya zillətdə olmaq qabiliyyətinə malik olmasını göstərir. Deməli, insan ilahi vilayətə malik ola bilər və həm də Quran buyurur: “Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər” (Əraf, 179). Yəni o, heyvanlardan daha çox azğınlıq edə bilən və həm də Allahın peyğəmbəri və vəlisi ola bilən bir məxluqdur.

Qurani-Kərim buyurur: “Onları Bizim əmrimizlə doğru yola yönəldən rəhbərlər etdik” (Ənbiya, 73). Ona görə də İmam bəşəriyyət karvanının bələdçisidir və təbii ki, Allahın əmri ilə bu hidayəti yerinə yetirir. İmam Allahla insanlar arasında vasitəçidir və bu, xüsusi din və məzhəbdə xülasələşmir.

İmamın üç məqamı vardır; Biri ilahi məqamdır ki, o da ilahi xilafət və vilayət məqamıdır. Bu məqam o dərəcədədir ki, Allah ona öz xüsusi adlarını öyrətdi: “Və [Allah] Adəmə bütün adları öyrətdi” (Bəqərə, 31). Bu da Allaha yaxın ən yüksək dərəcəyə çatmışdır.

İkincisi, dini məqamdır. Yəni ortaya çıxan dini sualları və şübhələri imama soruşmalısan.

İmamın üçüncü məqamı onun ictimai məqamıdır. İmamın bu məqamı insanların hidayətinə işarə edir. İmam Allaha daha yaxın olduğu üçün bizi də Allaha çatmaq yolunda yönəldə bilər. Buna görə də zahiri xəlifə olmaq qabiliyyətinə malikdir.

4071256

Açar sözlər: imam məqamı, Quranda imam, İslamda imam, dinlərdə imam

captcha