IQNA

Avstraliyalı deputat: Hicabı fəxr və qürurla taxın!

19:55 - July 29, 2022
Xəbər sayı: 3492634
Avstraliya parlamentinin ilk hicablı deputatı siyasi karyeraya aparan yolu barədə danışıb və o, ölkədəki hicablı müsəlman xanımlara öz dəstəyini ifadə edib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, Avstraliyanın qərbindən olan 27 yaşlı senator Fatimə Peyman ilk dəfə olaraq parlament üzvləri qarşısında çıxış edib və bu çıxışı zamanı öz dini kimliyini xatırladıb.

“Yüz il öncə və hətta 10 il öncə hicablı bir qadının parlamentə seçiləcəyini təsəvvür etmək olardımı?“, – deyə o qeyd edib.

“Mən istəyirəm ki, hicab taxmaq qərarına gəlmiş gənc qızlar bunu qürurla və onların buna hüquqlarının olduğunu bilərək etsinlər“, – deyə Fatimə Peyman bildirib.

Qeyd edək ki, Fatimə Peyman 1995-ci ildə Əfqanıstanın paytaxtı Kabildə həzara ailəsində anadan olub. 2003-cü ildə isə ailəsi birlikdə Avstraliyaya köçməli olublar.

captcha