IQNA

Həzrət Əlinin (ə) qeybət etməyə fərqli baxışı

10:47 - November 02, 2022
Xəbər sayı: 3493185
Əmirəl-möminin (ə) “Nəhcül-bəlağə”nin 140-cı xütbəsində pis danışmaq və qeybət etməyin heç bir əxlaq məktəbində düzgün olmadığını vurğulayaraq, insanlara pis danışanlara qarşı mehriban və mərhəmətli olmağı tövsiyə etmişdir.

“Nəhcül-bəlağə”nin 140 və 141-ci xütbələri əxlaqi məsələni ifadə edir. Həzrət Əlinin (ə) bu məsələ ilə bağlı baxışı fərqli və diqqətəlayiq bir baxışdır.

O, “Nəhcül-bəlağə”nin 140-cı xütbəsində insanlara qeybət etməkdən və başqalarında eyib axtarmaqdan çəkinməyi tövsiyə edir. Lakin onun bu məsələyə yanaşma tərzi çox önəmlidir.

Əmirəl-möminin (ə) qeybətin axirət əzabını təsvir etmək əvəzinə, dialoq mühiti yaradır və iki mühüm məqamı vurğulayır.

Birinci məqam, eyib axtaran şəxs haqqında məntiq və ağıl məsələsini gündəmə gətirməkdir. Bu yolla onu inandırmağa çalışır ki, qeybət etmək düzgün deyil.

İkinci məsələ, qeybətdən uzaqlaşmaq üçün qeyri dini əxlaq ilə bağlı məsələləri müzakirə etməkdir. Bu xütbədə əxlaqi prinsiplərə görə müsəlman olmayan və heç bir dinə tabe olmayanlara belə pis söz demək olmaz.

140-cı xütbəyə əsasən, bəzi məsələlər dini baxımdan mühümdür. Lakin əmanətdarlıq, insaf, dürüstlük və s. kimi məsələlər əxlaqi prinsiplərə daxildir.

Başqalarına böhtan atmaq, qeybət etmək bu davranışların bir hissəsidir və heç bir əxlaq məktəbi tərəfindən qəbul olunmur. Ona görə də sizin müsəlman olmanız vacib deyil, ancaq insan olduğunuz üçün buna əməl etməlisiniz.

Bu xütbədə qeyd olunan başqa bir məqam da qeybət və böhtan atmaqla məşğul olan şəxslə necə davranmağımızdır.

Həzrət Əlinin (ə) kəlamı bu cümlə ilə başlayır: “Sağlam nəfsə sahib olanlar günahkarlara mərhəmət və mehribanlıqla baxmalıdırlar".

Onlara mərhəmət və mehribanlıqla yanaşın deməsi çox maraqlı təbirdir. Çünki mərhəmət və mehribanlıq hissi bir şəxs çətinliklə üzləşəndə və biz ancaq ona kömək etməyi düşünürük.

Həzrət Əmir xütbənin əvvəlində “Və inəmmə yənbəği” demişdir ki, insanın günah edənlərə rəhm etməsi lazımdır və bu kəlam insanın xəta etmiş insanlara münasibətini göstərir.

Deməli, əgər ətrafımızdakılara sevgi ilə baxsaq, heç vaxt başqalarının qeybətini etmərik və daim onları islah etmək fikrində olarıq. Ona görə də qeybət rəhmət və şükür etməklə ziddiyyət təşkil edir.

Bu xütbədə qeyd olunan başqa bir mövzu isə daha incədir. Çünki Həzrət Əli (ə) böhtanla günaha batmış nəfsi sağlamlığı olmayan şəxslərə müraciət etmişdir.

İmam Əli (ə) buyurur ki, əgər günaha düçar olursan və başqasının günahını görsən, onunla üç cür rəftar et: Birinci növ odur ki, etdiyin günah bundan daha böyük ola bilər. Necə ki, Allah sənin günahını aşkar etməmişdir, sən də eyni şəkildə davranmalı və onun günahını gizlətməlisən.

İkinci hal budur ki, özünün də buna bənzər bir günah işlətdiyini düşünəsən və deyəsən ki, heç kim mənim günahkar olduğumu anlamadı. Ona görə də özümün etdiyim eyni günahı başqalarının da söyləmək düzgün deyil.

Üçüncü hal budur ki, mənim etdiyim günah o birisindən az deyil. Çünki qeybət edib o adama böhtan atsan, daha böyük günah etmiş olarsan.

Son nöqtə budur ki, tövbə və günaha görə peşmanlıq bildirmək qapısı həmişə açıqdır. Bəlkə də günah və xəta edən şəxs Allah tərəfindən bağışlanmışdır.

 4094170

captcha