“Nəhcül-bəlağə” kitabı öyüd-nəsihətlər və xəbərdarlıqlarla doludur. Onların hər birinə müraciət etmək həm dünyada, həm də axirətdə xoşbəxtliyə və səadətə çatmağın yoludur. O, həzrət Nəhcül-bəlağənin 82-ci hikmətində, buyurur: Mən sizə beş şeyi tövsiyə edirəm ki, Onlar üçün sürətlə dəvə sürsəniz və səfərin əzabına dözsəniz, buna dəyər: 1. Allahdan başqa heç kimə ümid etməməlisiniz. 2. Öz günahınızdan başqa heç nədən qorxmayın. 3. Əgər bir şəxsdən sual soruşsalar və bilmirsə, utanmadan bilmirəm desin. 4. Heç kim bilmədiyini öyrənməkdən utanmasın. 5. Səbirli olun, çünki möminin imanında səbir bədəndə baş kimidir. Səbrsiz iman isə başsız bədən kimi dəyərsizdir. (Nəhcül-bəlağə hikmət 82).
Rəbbə ümid
Bir kişi Allah Rəsulundan (s) ona bir şey öyrətməsini istədi ki, bunu etməklə Allah və yer üzündəki insanlar onu sevsinlər. Həzrət ona buyurdu: "(Yalnız) Allahın yanında olana ümid et ki, Allah də səni sevsin. İnsanların yanında olana göz dikmə ki, insanlar da səni sevsinlər".
Buna görə də Allaha ümid bəsləmək, Allahdan qeyrisinə ümid bəsləməmək insanı Allah yanında sevimli etməklə yanaşı, insanların da onu sevməsinə səbəb olar.
Öz günahından başqa heç bir şeydən qorxma
Beş növ qorxu var. Xof və Xəşyət, Vəcəl, Rəhbət və Heybət. Xof günahkarlar üçündür. Xəşyət alimlər üçündür. Vəcəl təvazökarlar üçündür. Rəhbət abidlər üçündür. Heybət ariflər üçündür. Xof günahlardan olmalıdır. Allah buyurur: “Kim Rəbbinin məqamından qorxarsa, ona iki cənnət vardır” (Ər-Rəhman, 46). Xəşyət özünü təqsirkar görənlər üçündür: “Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar” (Fatir, 28). Vəcəl xidməti tərk etdiyinə görədir: “Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər” (Ənfal, 2). Rəhbət səhlənkarlıq hissinə görədir: “Ümid və qorxu ilə (mərhəmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq) Bizə ibadət edirdilər” (Ənbiya, 90). Heybət, ariflər üçün sirlər kəşf olunduğu zaman Haqqı müşahidə etmələrinə görədir: “Allah Özündən sizi qorxudur” (Ali İmran, 28(.
Bilmirəm deməyə utanmayın
Əli (ə) buyurur: “Bilmədiyini söyləməkdən üz döndərən şəxs məhv olar. (Nəhcül-bəlağə / Hikmət 85) Hər kəs hər şeydən xəbərdar deyil. Amma hər kəs bir sahədə mütəxəssis, digər sahələrdə isə məlumatsızdır! Ona görə də başqalarından əsassız gözləntilərə qapılmayın".
Öyrənməkdən utanmayın
Elm axtarmaq hər bir müsəlman kişi və qadına vacibdir. Ona görə də elmi öz yerindən axtarın və elm əhlinə müraciət edin. Çünki elmi öyrətmək Allah üçün xeyirli işdir, onu axtarmaq ibadətdir. Elm haqqında danışmaq isə təsbihdir. Ona əməl etmək isə cihaddır. Cahillərə öyrətmək isə sədəqədir. Əhlinə elm öyrətmək isə Allah-Təalaya yaxınlıqdır. Çünki elm cənnətə gedən yolu işıqlandırır. Qorxuda insanla üns qurur. Qürbət və tənhalıqda insana yoldaşdır. İnsanlarla xəlvətdə söhbət edir. Rahatlıq və sıxıntıya yol göstərəndir. Bilik düşmənlərə qarşı silahdır və dostlarla yanında zinətdir. Allah bir dəstəni elmlə ucaltmışdır. Onları yaxşılıqda rəhbər qərar verdi ki, əməllərindən əldə edilir. Onların əməlləri başqaları üçün örnək və yolgöstərəndir ki, düşüncələrindən istifadə edilir.
Səbirli ol
Həyat eniş-yoxuşlarla doludur ki, səbir olmasa, biz ilk döngədə yıxılacağıq və davam edə bilməyəcəyik. İmam Sadiq (ə) buyurur: “Səbrin mənası acı dadı olan və nigaranlıqla müşayiət olunmayan hər bir şeydir. Yəni acı və nigaranlıqla müşayiət olunan hər şeyə səbir deyilmir. "Cəzə" odur ki, ürək narahatlığının izhar edilməsi və vəziyyətin dəyişməsi ilə müşayiət olunur.
3059511